12:10 04.04.2021 2095

Erməninin "qardaşı"... milli formada?

İlqar Tağıyev

Ənənə davam edir... 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi martın 24-də Portuqaliyanın qonağı oldu. Oyun pandemiya səbəbindən İtaliyada - Turində keçirildi.

Hesabdan xəbəriniz var. Komandamız Ronaldolu Portuqaliya millisinə gözlənildiyinin əksinə olaraq böyük deyil, minimal - 0:1 hesabı ilə məğlub oldu. "Yaxşı oynadıq", "Maksim Medvedevin avtoqolu olmasaydı, xal qazana bilərdik" və bu tip pozitiv fikirdə olanların nəzərinə - oyun ərzində futbolçularımız rəqib qapısına 1 dəqiq zərbə belə endirə bilmədilər. Portuqaliyalılar isə 14 dəfə çərçivəyə düşdülər. Bəxtimiz onda gətirdi ki, qapıda Şahruddin Məhəmmədəliyev dayanmışdı.

Bakıda Serbiya ilə oyunda da oxşar mənzərə idi. Məğlubiyyət də qaçılmazıydı. Səbəbsə sadədir. Millimiz hazırkı durumu ilə nəinki top-millilərlə, heç ortabab yığmalarla da başabaş mübarizə aparmaq gücündə deyil. Qətərlə yoxlama oyunu buna əyani sübutdur. Oyun bir yana, statistik göstəricilərə fikir versək, millimizin hansı gücdə olduğunun şahidi olarıq. Qısası, ənənə davam edir. İllər, qazanılan nəticələr, reytinq cədvəli və s. böyük pullar və milliləşdirilmiş futbolçular hesabına millini ağ günə çıxarmaq istəyən AFFA-nın səhv yolda olduğunu sübut edir.

Milliləşdirilmiş futbolçulardan söz düşmüşkən, Portuqaliya ilə oyunda yığmamızın heyətində o cür oyunçuların sayı 7 idi. Dünya futbolu praktikasında bu, normal haldı. Məsələn, 2018-ci ildə dünya çempionu olan Fransa yığmasının heyətində əsl fransızlar barmaqla sayılacaq qədər idi. Fərq bundadır ki, qeyri-fransızların hamısı milliləşdirilmiş deyil, Fransa futbolunun yetirmələridir. Bizdə isə milliləşdirilən futbolçuların demək olar ki, heç biri Azərbaycanda yetişməyib. Ya əslən azərbaycanlı olduqlarına görə, ya da soyadlarının münasibliyinə görə mili komandaya cəlb ediliblər. Elə futbolçulardan biri də məhz Portuqaliya ilə oyunda millidə rəsmi debüt etdi və dərhal gündəmə gəldi.
 


Söhbət "Sabah"ın futbolçusu Aleksey İsayevdən gedir. Alekseyin soyadı sizi yanıltmasın, Azərbaycanla heç bir əlaqəsi yoxdur. Bu məntiqlə yanaşsaq, Rusiyada geniş yayılmış Babayev soyadlı futbolçuların hamısını milliləşdirmək, hətta "Baharın 17 anı"ndan yaxşı tanıdığımız Ştirlisin azərbaycanlı olduğunu da iddia etmək olar. Axı, əsərin müəllifi Yulian Semyonova görə, Ştirlisin də soyadı İsayev idi - Maksim İsayev. Alekseyə qayıdaq. Atası rusdur - Aleksandr. 1995-ci ildə Krasnoyarsk şəhərində anadan olub. 19 yaşında "Zenit"lə 3 illik müqavilə bağlayan İsayev millimizin seleksionerlərinin diqqətini çəkib. Nikola Yurçeviçin vaxtında milliləşdirilib, amma xorvat mütəxəssisin onu oynatmadığına görə acıq edərək Rusiyaya qayıdıb. Sonrası məlumdur. Klubsuz qalan futbolçu "Sumqayıt"a dəvət alıb, zədə səbəbindən bir müddət oynamadığı üçün millidən də kənarda qalıb. Ötən il "Sabah"a keçən yarımmüdafiəçi Portuqaliya ilə oyunda axır ki milli formada ilk oyununa çıxdı. İsayevdən niyə yazdıq? Futbolçu oyundan bir gün sonra futbol ictimaiyyətinin diqqət mərkəzinə düşdü. Meydanda olduğu 10 dəqiqəyə yaxın vaxtda sərgilədiyi futbolla deyil, oyunsonrası sosial şəbəkədə paylaşdığı postla. Erik Avetyan adlı erməninin İnstaqramda Alekseyin şəninə "Qardaşım, debütün mübarək! Hər şey irəlidədir!" postuna İsayevin eyni sevgi ilə "Təşəkkür edirəm, qardaşım" deyə, qarşılıq verməsi böyük narazılığa səbəb oldu. Müharibədən yeni çıxmış, şəhidlər vermiş bir ölkənin pasportunu daşıyan birisinin bu hərəkətinə ad verməkdə çətinlik çəkirik. Sosial şəbəkədə, azarkeşlər arasında İsayev qınandı, hətta təhqir də olundu. Doğrudur, az sonra futbolçu səhvini anlayaraq postu silsə də, artıq, gec idi. Bunu millimizin baş məşqçisi Canni De Byazi də Serbiya ilə oyundan sonra keçirilən mətbuat konfransında da dilə gətirdi: "Aleksey İsayev etdiyi hərəkətə görə çox peşman olub. Bir səhvə görə onu öldürmək olmaz". Razıyıq, uşaqlıq edib, qanmayıb. Amma belə səhvlərə görə valideyn gərək uşağa bir qulaqburması verə. Qulaqburması, cəza əvəzinə İsayev Qətərlə oyunda start heyətində yer aldı. Sanki heç nə olmamış kimi.



Bir vaxtlar millimizin kapitanı olmuş Mahir Şükürovun mətbuatda gedən fikirlərinə yer verək: "Ermənidən qardaş olar? Belə şey qəbuledilməzdi. Mənim dövrümdə olsa, etiraz edərdim. AFFA milliləşdirdiyi futbolçulara nəzarət etməlidi". Mahir tamamilə haqlıdır. Əgər futbolçu milliləşdirilibsə, ona milli dəyərlər aşılanmalıdı. Futbolçu isə hansı dövlətin vətəndaşı olduğunun fərqinə varmalıdır. Aleksey İsayev millimizin futbolçusudur, Azərbaycan pasportunu daşıyır. Buna görə məsuliyyət hiss etməlidir. Əgər məsuliyyətsizlik edirsə, mütləq cəzalanmalıdır. Valideynin, yəni AFFA-nın futbolçunu cəzalandırmaması isə sadəcə, təəssüf və təəccüb doğurur. Bu sözlər İsayevin məxsus olduğu "Sabah" klubuna da aiddi. Yeri gəlmişkən, İsayevin adı Serbiya ilə oyunda da "23-lüy"ə salınmışdı. Kənarda qalanlar isə... heç nə ilə İsayevdən zəif olmayan Namiq Ələsgərov, Amil Yunanov, Amin Seydiyev, Bəhlul Mustafazadə, Rəhim Sadıxov, Tellur Mütəllimov və Xəyal Nəcəfov idi. Bu isə başqa mövzunun söhbətidi...

Millimizin Qətərdəki mundiala getməyəcəyi dəqiqdi. Millətlər Liqasında real gücünü gördüyümüz komandamız dünya çempionatının seçmə mərhələsində iştirak xatirinə iştirak edir. Bunu hamı yaxşı bilir - AFFA rəhbərliyi də, azarkeşlər də, futbolçular da. Milliləşdirilmiş futbolçuların köməyi ilə hansısa oyunda nəticə qazanmaq olar. Amma böyük uğurlar üçün böyük işlər görülməlidir. Bu gün Azərbaycanda futbolun hansı durumda olduğu hamıya məlumdur. Premyer Liqanın səviyyəsi, akademiyalardakı bərbad durum, komanda sayının az olması və s. futbolçu yetişməsinə əngəl olur. Nə qədər ki, futbolumuzda əsaslı islahatlar olmayacaq, özümüz futbolçu yetişdirməyəcəyik, mənzərə dəyişməyəcək. Miskin milli, milliləşdirilmiş futbolçular, İsayevkimilərin uşaq səhvləri. Bir sözlə, ənənə davam edəcək...

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X