16:53 12.04.2021 1385

Millimizin qapıçısı təklif aldığı klubların adlarını açıqladı

"2016-cı ildə Avropa çempionatından sonra ölkə xaricindən təkliflərim olub".

Bunu futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli "Report"un canlı efirində yayımlanan "ReSport" verilişində qonaq olarkən deyib.

30 yaşlı qolkiper həmin dönəmdən sonra hər il mövsüm başa çatandan sonra təklif aldığını xatırladıb: "Həmin vaxt özümü hazır hiss etmirdim. Bunu açıq demək lazımdır. Oyun təcrübəsi istədiyim səviyyədə deyildi. Ona görə dəyərləndirmədim. Müəyyən vaxtlarda dəyərləndirmək fikrimdən keçdi, amma bu işi dəqiq bilən insanlar məsləhət görmədilər. Dedilər ki, hələ lazım deyil, ölkə xaricinə tam hazır olduqdan sonra getmək lazımdır. Son dövrlərdə təkliflərdən birini dəyərləndirmək istədim. Hətta şifahi də olsa, razılığa gəlmişdik. Amma pandemiyaya görə təxirə düşdü. Bununla belə, planımda var. Sadəcə, çempionatın dayandırılması mənə çətinlik yaradır. Təkliflər də mövcuddur, danışıqlar da gedir. Hazırda çıxış etdiyim "Araz" (Naxçıvan) klubunun da razılığı olsa, dəyərləndirəcəyəm".

Hüseynli deyib ki, yığmanın heyətindəki braziliyalı oyunçuların bu işdə vasitəçiliyi olmayıb, sosial şəbəkə və ya oyunlar üzərindən əlaqə yaradılıb.

Təcrübəli oyunçunun sözlərinə görə, 2016-cı il Avropa çempionatından sonra Qazaxıstanın "Tulpar" və "Kayrat" klubları ona təklif göndərib: "Kayrat"a rəhbərlik edən braziliyalı baş məşqçi Kakau mənimlə maraqlanırdı. Avropa çempionatında İtaliya ilə oyundan sonra mənimlə maraqlandığını eşitdim. Biz eyni oteldə qalırdıq, mənimlə söhbət etdi. Daha sonra İspaniyanın "Saraqosa", Latviyanın "Nikos", hazırda "Torpedo" adı altında çıxış edən Rusiyanın "Orqxim" klubundan təklif alsam da, pandemiyaya görə keçid baş tutmadı. Artıq ukraynalı qapıçı ilə müqavilə imzalayıblar. Qismət belə imiş. 2019-cu ildə Fransanın "Paris" klubu ilə də danışıq oldu. Millinin üzvlərindən Eduardo və Rikardinyo orada çıxış edir. Demək olar ki, 80 faiz razılıq əldə edilmişdi. Amma sonradan sənəd probleminə görə qaldı".

Hüseynli indiki təkliflər haqqında danışmaq və klubun adını çəkmək istəməsə də, legioner həyatı yaşamasının real olduğunu diqqətə çatdırıb: "Ölkə xaricində oynamaq istəyirəm. İlk növbədə, öz klubumun rəhbərliyi ilə razılaşmalıyam. Əvvəlcə onlarla danışıb, halallıq almalıyam. Neçə illərdir buradayam, zirvəyə çatmağımdan ötrü işlər görüblər".
 
Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

30 Avqust 2026
15:13

Portuqaliyalı ulduz "Qalatasaray"da -RƏSMİ

14:47

"Fənərbağça"dan ayrılan Amrabatın yeni klubu müəyyənləşdi

14:12

"Çelsi" argentinalı qapıçını transfer etdi

13:54

"Mançester Siti" niderlandlı vingerə 100 milyon avro verir

13:36

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:01

"Neftçi SOCAR" yarımfinalda uduzdu

12:34

"Qarabağ"da yeni braziliyalı - RƏSMİ

12:09

Messi şou göstərib Jairi haqladı

11:50

"Qalatasaray"ın gənc qapıçısı debütünü və qələbəni belə dəyərləndirdi

11:09

Fidanla Vüsalənin yeni klubu müəyyənləşdi

10:42

Günün oyunları bu kanallarda - AFİŞA

10:18

MPL: "Kəpəz" "Turan Tovuz"u, "Zirə" "Neftçi"ni qəbul edir

09:37

Hələ "Krasnodar" kimisi olmamışdı - Musayevin komandası rekordu yenilədi

09:00

"Sabah"ın baş məşqçisi qarşıdakı matçda yalnız bu futbolçunu oynada bilməyəcək

01:59

Premyer Liqa: "Nyukasl" səfərdən 3 xalla dönür

01:58

La Liqa: "Real Betis" darmadağına uğradı

01:33

A Seriyası: "Yuventus" "Parma"nı məğlub etdi

01:22

Liqa 1: "Lion" "Havr"la bacarmadı

00:49

Bundesliqa: "Sabah"ın rəqibi inamlı qələbəyə sevindi

29 Avqust 2026
23:42

Zaur Həşimov "İmişli" ilə matçdan sonra nə danışdı?

23:27

Fərid Namazov "Şəfa" üzərində qələbəni belə şərh etdi

22:58

Kamilo Duran dayanmaq bilmir

22:31

Komandası səfərdə 3 xal qazandı, Toral isə...

22:07

MPL: Qəbələdə qol səsi çıxmadı, "İmişli"yə 1 qol bəs etdi

21:58

"İstədiyimiz oyuna daha yaxın futbol nümayiş etdirdik" - Kaxaber Tsxadadze

21:26

"Futbolçularımdan razıyam" - Azər Bağırov

20:44

Tanınmış jurnalist “Kəpəz”də mühüm vəzifəyə təyin olundu

20:24

"Real Madrid"dən 3 milyonluq həmlə

19:48

"Benfika" "Əl-İttihad"ın 16 milyonluq təklifini rədd etdi

19:18

Frank Kesye yenidən İtaliyada

18:55

"Trabzonspor" "Milan"ın ulduzu üçün hərəkətə keçdi

18:14

"Çelsi" gənc istedadı icarəyə göndərir

17:44

"Çelsi"nin ulduzu "Mançester Siti"yə gedir

17:15

"Beşiktaş" "Yuventus"un oyunçusu ilə gücləndi - RƏSMİ

16:48

Xulian Alvares evinə qayıdır?

16:17

Bredli Barkola "Liverpul"a keçir – 145 milyon avroluq anlaşma

15:40

İtaliya klubu futbolçusundan FİFA-ya şikayət etdi

15:13

"Sabah" - "Barselona" matçı bu tarixdə keçiriləcək - DƏQİQLƏŞDİ

14:49

"Qalatasaray" Leaunu heyətinə qatdı - RƏSMİ

14:15

Aslan Kərimov: "Borussiya Dortmund"un da öhdəsindən gələ bilərik"

Facebookdan bizi izləməyi unutmayın.
X