11:04 08.05.2021 2732

“O vaxt Azərbaycan xalqı balaca qıza inanıb şans verdi” - FOTO/VİDEO

Polşanın paytaxtı Varşavada keçirilən güləş üzrə Avropa çempionatında Azərbaycan yığması cəmi 1 qızıl medal qazandı. Hamının gözlədiyi kimi fəxri kürsünün ən yüksək pilləsinə qalxan Mariya Stadnik ümidləri doğrultdu. O, komandamızın hesabına qızıl medalı yazmaqla yanaşı, Avropa çempionatlarında da tarix yazdı. Mariya 8-ci dəfə öz çəkisində qitənin ən güclüsü oldu.

Qarşıdan gələn Yay Olimpiya Oyunlarında da Stadnik Azərbaycan yığmasının əsas qızıl medal ümidi olacaq.

"Qafqazinfo” bütün bunları nəzərə alıb xanım idmançının qonağı olaraq onunla söhbətləşib.

O, ilk öncə 8-ci dəfə Avropa çempionu olmasından söz açdı: "Əlbəttə, mən çox xoşbəxtəm ki, 8 qat Avropa çempionu ola bildim. Hər qitə birinciliyindən sonra mənim adım güləş tarixinə yazılır. Bu onu göstərir ki, mən üzərimdə düzgün işləyirəm və mənim işimin nəticəsi ortadadır. Daim uğur qazanmaq üçün motivasiya həmişə var, istənilən yarışa getdikdə birinci olmaq, qalib gəlmək istəyirəm, məğlub olmaq istəmirəm. Motivasiya həyatın boyu sənin daxilində olur. Ancaq hər yarışmanın da özünəməxsus konsentrasiyası olur.

Bəzən övladlarımı, bəzən isə dostlarımı sevindirmək üçün xalçaya çıxıram”.

Mariya koronavirus pandemiyasının idmançılara mənfi təsirindən danışıb:

"Təəssüf ki, pandemiya nəinki mənə, bütün idmançılara yaxşı təsir etmədi. Hər kəs eyni vəziyyətdə idi, hamı evində otururdu. Heç kimin normal məşq keçmək imkanı yox idi. İlk vaxtlar evdə öz fiziki formamı saxlamağa çalışırdım, evdə edilə biləcək məşqləri edirdim. Ancaq bu, sadəcə idmançı olduğumu unutmamaq üçün idi.

Müddət uzandıqca panika keçirməyə başlamışdım ki, necə olacaq. Daha sonra az insan sayı ilə məşqlərə icazə verildi. Onda bilirdik ki, bu, təhlükəsizlik tədbirləridir. Məşq zalına gəlməyə başladım. Artıq tatamidə məşq etmək olurdu və bu, yaxşı hal idi. Avropa çempionatından öncə iki seçmə mərhələdə iştirak etdim. Bununla yavaş-yavaş formaya qayıda bildim”.

Stadnik Azərbaycana bağlılığı və ölkəmizin onun idman həyatına təsiri haqqında fikirlərini açıqlayıb:

"Gənc idmançı olduğum zaman Azərbaycan yığması məni dəstəklədi və mənə inandı. Özümü idmançı kimi sübut etmək üçün şans verdi. Bu, o vaxt böyük hadisə idi.

Yad bir ölkəyə gəldim, məni qəbul elədilər, sevdilər, insanlar, xalq dəstək verdi. Ona görə indi qalib gələrkən bayrağı qaldıranda bunu fəxr və minnətdarlıq hissi ilə edirəm ki, o vaxt bu insanlar balaca qıza inandılar və ölkəsini bütün beynəlxalq yarışlarda təmsil etmək şansı verdilər.

Azərbaycanda olanda adətən məşq edirəm və burada ailəmlə vaxt keçirmək üçün çox vaxtım olmur. Onları isə bura gətirmək onlar üçün stresli olacaq. Çünki onlara vaxt ayıra bilməyəcəm və yad ölkədə tək qalacaqlar. Ona görə mənim güləşdiyim dövrdə onlar Ukraynada olur. Orada ailəm üçün rahatdır, mənə də burada. Bəlkə karyeramı bitirdikdən sonra birlikdə yaşamaq üçün köç barədə fikirləşəcəyik”.

Uğurlu idmançı övladlarının güləşçi olmaq istəməsi ilə bağlı suala belə cavab verib:

"Əlbəttə ki, övladlarım idmançı ailədə böyüyürlər. Onlar analarının nə ilə məşğul olduğunu görürlər və məndən nümunə götürmək istəyirlər. Qızım mənə deyir ki, ana, mən sənin kimi güclü olmaq istəyirəm. Əlbəttə, onlar idmanla məşğul olacaqlar. Hazırda qızım idman gimnastikası, oğlum isə futbolla məşğuldur.

Ancaq qızım mənimlə güləşlə məşğul olmaq istədiyini deyir. Qadağan etməyəcəm, əgər arzusu olsa və bacarsa, güləşlə məşğul olacaq. Uşaqların bu barədə hələ ki, tam anlayışı yoxdur. Onlar bilirlər ki, anaları güləşlə məşğul olur, çoxlu medalları var, ancaq bunun nə olduğunu yüz faiz dərk etmirlər.

Bir az öncə qızımla danışanda ona medal gətirəcəyimi dedim, o isə "şiriniyyat gətirməyi unutma”,- deyə cavab verdi (gülür).

Bu səbəbdən onlar üçün medal indi oyuncaq kimidir, nə qədər ciddi olduğunu başa düşmürlər. Düzdür, onlar baxırlar və çoxlu medal qazanmaq istəyirlər, lakin nə qədər əhəmiyyətli olduğunu bilmirlər”.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

17 Sentyabr 2026
02:08

La Liqa: "Barselona" 9 qollu matçdan qalib ayrıldı

01:49

Avropada bunu yalnız Rafinya bacardı

01:17

AL: Ermənistan təmsilçisi doğma meydanda darmadağın edildi

16 Sentyabr 2026
23:58

Premyer Liqa tarixində onun kimisi olmamışdı

23:03

Elvin Camalov "Qəbələ"də - RƏSMİ

22:41

"Arsenal" Rodriqo transferi üçün hərəkətə keçdi

22:12

"Mançester Yunayted" Endriki icarəyə götürmək istəyir

21:53

Eden Azarın qırmızı vərəqə almasına səbəb olan topdaşıyan uşaq 300 milyonluq sərvət qazandı

21:14

"Barselona"nın yeni hücumçu siyahısında 3 böyük ad

20:48

BOK 2030-cu il Qış Olimpiya Oyunlarının keçiriləcəyi məkanları təsdiqləyib

20:09

"Murov Az Terminal" heyətini gücləndirdi

19:44

İdman gimnastikası üzrə Azərbaycan çempionatı keçiriləcək

19:11

"Sumqayıt" klubunda iclas keçirildi

18:30

I Liqa: "Karvan-Yevlax" darmadağına sevindi

18:03

Ölkə çempionunda iranlı müdafiəçi - RƏSMİ

17:41

"Neftçi" 1000-ci matçına çıxacaq

17:22

"Şəfa"nın hansı futbolçularının "Qarabağ"a qarşı oynamayacağı bilindi

17:03

"Araz-Naxçıvcan" "Neftçi"nin braziliyalısı ilə anlaşdı

16:45

Emin Zamanov "Xankəndi" ilə oyun barədə nə danışdı?

16:27

"Startdan razı deyiləm" - Yaşar Seyidov

16:08

"Yüksəlişə nail olacağımıza əminəm" - Ronaldo "Kəpəz"lə səfər matçından 3 xal gözləyir

15:50

Balde "Barselona"dan ayrılır

15:31

"Çelsi" Fabian Ruisi istəyir

15:13

Vernidub bu futbolçunu "Qəbələ"yə qarşı oynada bilməyəcək

14:54

Mourinyu: "Ardanın oyun keyfiyyəti inanılmazdır"

14:35

Azərbaycan millisi Moldovaya məğlub oldu

14:16

"Rəşad Sadıqovun "Zirə"si zirvəyə oynamağa potensialı olan komandadır" - Vaqif Sadıqov

13:57

"Qəbələ" yeni baş məşqçiyə "təmiz" təhvil verildi

13:38

İtaliya çempionu Yaxın Şərqə üz tutdu

13:19

Gənc futbolçu "Mançetser Yunayted"dən ayrılmaq istəyir

12:59

"Qəbələ" makedoniyalı baş məşqçi ilə anlaşdı - RƏSMİ

12:41

"Barselona"dan superulduz "ov"u: İkisini birdən gözaltı etdi

12:22

Rəhim Həsənov "Turan Tovuz"un narazı qaldığı hakim qərarlarını şərh etdi - VİDEO

12:03

"Kəpəz"in futbolçusu Moldova millisinə dəvət aldı

11:44

Yamal: "Əsas rəqibim Mbappedir"

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:06

1-ci Liqa: "Karvan-Yevlax" ilə "Zaqatala" liderlik matçına çıxır

10:47

Xames Rodriges karyerasını bitirdi

10:28

Messi vida matçına çıxacaq

10:07

Mehrac Baxşalı: "Bu oyunda da 3 xal qazanmaq istəyirik"

Facebookdan bizi izləməyi unutmayın.
X