AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla Böyük Britaniyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp arasında görüş keçirilib.
Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Bakı Olimpiya Stadionundakı (BOS) görüş zamanı AVRO-2020-nin oyunları zamanı ölkəmizə səfəri nəzərdə tutulan Uels milli komandasının azarkeşləri ilə bağlı təşkilati məsələlər müzakirə olunub.
Sonra Ceyms Şarp BOS-da AVRO-2020-nin rəsmi maskotu "Skillzy” ilə şəkil şəkdirib.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol