14:20 11.06.2021 2434

Asif Bağırov "CBC Sport" və "İdman TV"ni qınadı: "... öz vəzifələrindən qorxdular"

İctimai Televiziyada yayımlanacaq AVRO-2020-in oyunlarının şərhçiləri arasında Asif Bağırov da var. 2000-ci illərin əvvəlində ANS TV-nin efirində Çempionlar Liqası şərhləri ilə azarkeşlərin rəğbətini qazanan məşhur şərhçi bu yay yenidən idmansevərlərin könlünü fəth edəcək. 

İllər sonra yenidən futbolsevərlərin görüşünə gələn Asif Bağırov həm hisslərini bölüşdü, həm də sevimli peşəsindən uzaq qalmasının səbəbini Fanat.Az-a açıqladı. 

- Əslində təklif gözləyirdim. Yayımçı kanalın "CBC Sport" və "İdman TV" yox, "İctimai TV" olduğunu öyrənəndən sonra dəvət alacağıma ümid yaranmışdı. Və ümid də gerçəkləşdi. 3 gün əvvəl danışıqlar oldu və razılaşdıq. Əsas bir məqamda anlaşdıq ki, bu xəbər birinci elə "İctimai TV"nin efirində səslənsin. Ona görə, iki gün informasiyanı gizli saxladıq. Və dünən axşam 19:00-da yayımlanan "Sabaha saxlamayaq" verilişində xəbəri açıqladıq. 

- Bəs başqa kanallardan dəvət almısınız?
- Azərbaycanda iki idman kanalı var. Bu vaxta qədər dəvət etsəydilər, edərdilər. 

- Demək ki, bu kanallardan dəvət gəlsəydi, siz çoxdan şərhçiliyə qayıdardınız...
- Dəfərlərlə sual veriblər ki, niyə şərhçiliyə qayıtmırsan?! Mən də cavabımda hər dəfə belə bir lətifə danışıram ki, üzr istəyirəm, "evdə qalmış" qızdan soruşurlar niyə ərə getmirsən? O da cavab verir ki, "alan oldu, mən getmədim?!" Yəni dəvət etsinlər, oturub şərtləri müzakirə edək. Niyə də yox?! Mən həmişə şərtləri müzakirə etməyə açığam. 

- Futbol azarkeşləri tərəfindən sevilən şərhçilərdən biri olmusunuz. ANS TV-də Doktor Ziya və İlqar Mikayıloğlu ilə duetləriniz hələ də yaddaşlardadır. Hətta AVRO-2020-də sizin şərhçi olacağınız sosial mediada gündəm oldu. Qısası, futbol azarkeşləri tərəfindən sevilən birisiniz. Necə düşünürsünüz, tamaşaçı tərəfindən bu qədər sevilən, tanınan birini niyə kanallar dəvət etməyib?
- Açıq danışacağam. Əvvəlcə "İdman TV"dən başlayım. TV-nin rəhbəri Rövşən Binnətli məni çox gözəl tanıyır. AZTV-nin rəhbəri Rövşən Məmmədov da tanımamış olmaz. Mənim yaradıcılıq dövrüm onların gözünün önündə olub. Hətta bir dəfə Rövşən Məmmədova xəbər göndərmişdim ki, gələ bilərəm. Amma sıfır reaksiya. Bu, AZTV və "İdman TV"nin mövqeyi olub. Təxminən iki ilin söhbətidir. Amma həmin vaxt Rövşən Binnətli hələ "İdman TV"yə gəlməmişdi. 

İkinci tərəf isə "CBC Sport"dur. Bu kanalın rəhbəri türkdür - Volkan Üst. O, məni tanımaya bilər. Amma məni ona tanıdacaq adamlar olmalıdır. Əgər o adamlar bunu etmirsə, özümü tərifləmək kimi çıxmasın, ya həmin şəxslər kanalın reytinqinin qalxmasını istəmir, ya da özləri ilə bağlıdır. 

- Özlərinə rəqib olaraq görürlər? 
- Görürsünüz, hər şeyi artıq siz özünüz də başa düşürsüz. Bəlkə öz vəzifələrindən qorxurlar. Bu barədə söhbətim də olub. Təklif etmişəm, deyiblər rəhbərliklə görüşdürərəm sizi. Mən 4 ildir o görüşü gözləyirəm və hələ də baş tutmayıb. Halbuki, həmin söhbət zamanı demişdim ki, mən ora ancaq şərh üçün gələrəm. Səhər saat 9-da gəlib axşam 6-dan sonra getməyə nə vaxtım, nə əhval-ruhiyyəm var, nə də kiminsə yerinə göz dikmək kimi bir niyyətim yoxdur. Və yaxud da, hansısa vəzifəyə görə almaq istədiyim pul yoxdur. Sözsüz ki, mənim ora gedib oyunları şərh etməyim müqabilində istəyəcəyim bir məbləğ var, amma bu o demək deyil ki, bunun üçün əldən-ayaqdan gedəcəm. Yox! Hər bir şeyin ölkə reallığı səviyyəsində qiyməti var. Necə ki, mən "İctimai TV" ilə razılığa gəldim. Onların düşündüyü kimi mənim hər hansısa işə getməyə, hansısa vəzifəyə ehtiyacım yoxdur. Ordan alacağım pulu bir həftəyə qazana bilirdim. Sadəcə sırf oyunların şərhini istəyirdim. Özü də həmin vaxt elə dövr idi ki, "CBC Sport"da şərhçilər üçün vakansiya var idi, kim istəyir gəlsin. İstəmədilər! İstəmədilər, buyursunlar, özləri bilər. 

- Bir müddət oyunlardan uzaq qalanda şərhçilər formadan düşməkdən şikayət edirlər. Siz də çoxdandır şərh etmirsiz. 
- Yaxşı ki, dünən İctimai TV"də efir oldu. Ruslar demiş "boyevoye kreşeniye"ni keçdim. 1 saatdan çox efir oldu və canlı efir atmosferini hiss edim. İlqarın (Mikayıloğlu) sözü olmasın, ilk 10-15 dəqiqədən sonra həyəcan arxada qalacaq. 

- Son olaraq AVRO-2020 ilə bağlı fikirləriniz. Hansı komandaya azarkeşlik edirsiniz, favorit olaraq kimləri görürsünüz?
- 2020-ci ilin payızından sonra baş verən hadisələr səbəbindən istərdim ki, Türkiyə seçməsi maksimum irəli getsin. Sözsüz ki, ürəyimiz onlarladır. Azarkeşlik edəcəyim komandalar isə Almaniya və İspaniyadır. Bəlkə də bu, "Barselona" sevgimdən irəli gəlir. Almaniya da həmişə gözümün önündə maşın kimi olub. Əsas favoritlər də elə Almaniyanın yer aldığı F qrupundadır - Almaniya, Fransa, Portuqaliya. Onlar qrupdan çıxsalar, çempionatın çox maraqlı 1/8 final mərhələsi və davamı olacaq. Məncə, bu 3 komanda favoritdir və sözsüz ki, orada İtaliya da var, İngiltərə də. Amma yenə də deyirəm, ürəyimdə Türkiyədir. Azarkeşlik edəcəyim isə Almaniya və İspaniyadır. 

Röya Kərimli
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

30 Avqust 2026
13:36

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:01

"Neftçi SOCAR" yarımfinalda uduzdu

12:34

"Qarabağ"da yeni braziliyalı - RƏSMİ

12:09

Messi şou göstərib Jairi haqladı

11:50

"Qalatasaray"ın gənc qapıçısı debütünü və qələbəni belə dəyərləndirdi

11:09

Fidanla Vüsalənin yeni klubu müəyyənləşdi

10:42

Günün oyunları bu kanallarda - AFİŞA

10:18

MPL: "Kəpəz" "Turan Tovuz"u, "Zirə" "Neftçi"ni qəbul edir

09:37

Hələ "Krasnodar" kimisi olmamışdı - Musayevin komandası rekordu yenilədi

09:00

"Sabah"ın baş məşqçisi qarşıdakı matçda yalnız bu futbolçunu oynada bilməyəcək

01:59

Premyer Liqa: "Nyukasl" səfərdən 3 xalla dönür

01:58

La Liqa: "Real Betis" darmadağına uğradı

01:33

A Seriyası: "Yuventus" "Parma"nı məğlub etdi

01:22

Liqa 1: "Lion" "Havr"la bacarmadı

00:49

Bundesliqa: "Sabah"ın rəqibi inamlı qələbəyə sevindi

29 Avqust 2026
23:42

Zaur Həşimov "İmişli" ilə matçdan sonra nə danışdı?

23:27

Fərid Namazov "Şəfa" üzərində qələbəni belə şərh etdi

22:58

Kamilo Duran dayanmaq bilmir

22:31

Komandası səfərdə 3 xal qazandı, Toral isə...

22:07

MPL: Qəbələdə qol səsi çıxmadı, "İmişli"yə 1 qol bəs etdi

21:58

"İstədiyimiz oyuna daha yaxın futbol nümayiş etdirdik" - Kaxaber Tsxadadze

21:26

"Futbolçularımdan razıyam" - Azər Bağırov

20:44

Tanınmış jurnalist “Kəpəz”də mühüm vəzifəyə təyin olundu

20:24

"Real Madrid"dən 3 milyonluq həmlə

19:48

"Benfika" "Əl-İttihad"ın 16 milyonluq təklifini rədd etdi

19:18

Frank Kesye yenidən İtaliyada

18:55

"Trabzonspor" "Milan"ın ulduzu üçün hərəkətə keçdi

18:14

"Çelsi" gənc istedadı icarəyə göndərir

17:44

"Çelsi"nin ulduzu "Mançester Siti"yə gedir

17:15

"Beşiktaş" "Yuventus"un oyunçusu ilə gücləndi - RƏSMİ

16:48

Xulian Alvares evinə qayıdır?

16:17

Bredli Barkola "Liverpul"a keçir – 145 milyon avroluq anlaşma

15:40

İtaliya klubu futbolçusundan FİFA-ya şikayət etdi

15:13

"Sabah" - "Barselona" matçı bu tarixdə keçiriləcək - DƏQİQLƏŞDİ

14:49

"Qalatasaray" Leaunu heyətinə qatdı - RƏSMİ

14:15

Aslan Kərimov: "Borussiya Dortmund"un da öhdəsindən gələ bilərik"

13:42

Nikolas Ceksona rekord məbləğ ödəniləcək

13:11

Reşford "Fənərbağça"ya cavabını verdi

12:46

Leau "Milan" azarkeşləri ilə vidalaşdı: "Mən klub tarixinin bir hissəsi olaraq qalacağam"

12:10

Cengiz Ünderin yeni klubu bəlli oldu - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X