18:56 12.06.2021 11323

AVRO-2020: Bakıdakı ilk oyun "sülh"lə bitdi

AVRO-2020-nin qrup mərhələsinin I turu davam edir.

Fanat.Az xəbər verir ki, ikinci oyun gününə Bakıda start verilib.

Azərbaycan tarixdə ilk dəfə Avropa çempionatının oyununu qəbul edib. Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gəlib.

Qarşılaşmanın ilk 45 dəqiqəsi isveçrəlilərin üstünlüyü şəraitində keçib. Topa nəzarət edən Vladimir Petkoviçin yetirmələri qol imkanları yaratsa da, bundan istifadə edə bilməyib. Uelsin azsaylı əks-hücumları təhlükəli, amma nəticəsiz olub.

Bu görüşlə A qrupunda ilk tura yekun vurulub. Bir gün öncə Türkiyəni 3 cavabsız qolla üstələyən İtaliya ilk turdan liderliyi ələ alıb.

İkinci hissəyə də fəal başlayan isveçrəlilər 49-cu dəqiqədə hesabı açıb. Bril Embolo AVRO-2020-nin Bakı Olimpiya Stadionunda ilk qolunun müəllifi olub. Məğlub duruma düşən Robert Peycin yetirmələri hesabda tarazlıq yaratmağa müvəffəq olublar. Lakin Kiffer Murun qolu böyük britaniyalıları məğlubiyyətdən xilas edib. Düzdür, isveçrəlilərin futbolçusu Mario Qavranoviç qol sevinci yaşayıb. Lakin onun sevinci qısa sürüb. Baş hakim Klemen Turpin VAR-ın tətbiqindən sonra qolu ləğv edib. Beləliklə, AVRO-2020-nin ilk heç-heçəsi Bakıda qeydə alınıb – 1:1.

Qeyd edək ki, bu gün AVRO-2020-də daha iki matç keçiriləcək. B qrupunda Danimarka Finlandiya, Belçika Rusiya ilə görüşəcək.
 

AVRO-2020
Qrup mərhələsi
A qrupu, I tur
 
12 iyun
Uels - İsveçrə 1:1
Qol: Kiffer Mur, 76 - Bril Embolo, 49.
Uels: 12. Denni Uord, 4. Ben Devis, 6. Co Rodon, 7. Co Allen, 10. Aaron Remsi, 11. Qaret Byel (K), 13. Kiffer Mur, 14. Konnor Roberts, 16. Co Morrell, 20. Daniel Ceyms, 22. Kris Mefam.
Ehtiyat oyunçular: Ueyn Hennessi, Adam Deyvis, Ceyms Laurens, Kris Qanter, Ben Kabango, Riys Norrinqton-Deyvis, Neko Uilyams, Conatan Uilyams, Rubin Koluill, Etan Ampadu, Mettyu Smit, Dilan Lüitt, Devid Bruks, Harri Uilson.
Baş məşqçi: Robert Peyc.
İsveçrə: 1. Yan Zommer, 2. Kevin Mbabu, 4. Niko Elvedi, 5. Manuel Akanci, 7. Bril Embolo, 8. Remo Froyler, 9. Haris Seferoviç, 10. Qranik Caka (K), 13. Rikardo Rodriges, 22. Fabian Şer, 23. Cerdan Şakiri.
Ehtiyat oyunçular: Yonas Omlin, İvon Mvoqo, Loris Benito, Eray Cömert, Jordan Lotomba, Beçir Omeragiç, Silvan Vidmer, Kristian Fassnaxt, Edimilson Fernandeş, Cerdan Şakiri, Cibril Sou, Denis Zakariya, Stiven Tsuber, Ruben Varqas, Mario Qavranoviç, Admir Mehmedi.
Baş məşqçi: Vladimir Petkoviç.
Hakimlər: Kleman Türpen, Nikolya Dano, Siril Qrenqor (Fransa). Srcan Yovanoviç (Serbiya).
Bakı. Bakı Olimpiya Stadionu.

Qeyd edək ki, təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels matçı ilə yanaşı, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

30 Avqust 2026
13:36

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:01

"Neftçi SOCAR" yarımfinalda uduzdu

12:34

"Qarabağ"da yeni braziliyalı - RƏSMİ

12:09

Messi şou göstərib Jairi haqladı

11:50

"Qalatasaray"ın gənc qapıçısı debütünü və qələbəni belə dəyərləndirdi

11:09

Fidanla Vüsalənin yeni klubu müəyyənləşdi

10:42

Günün oyunları bu kanallarda - AFİŞA

10:18

MPL: "Kəpəz" "Turan Tovuz"u, "Zirə" "Neftçi"ni qəbul edir

09:37

Hələ "Krasnodar" kimisi olmamışdı - Musayevin komandası rekordu yenilədi

09:00

"Sabah"ın baş məşqçisi qarşıdakı matçda yalnız bu futbolçunu oynada bilməyəcək

01:59

Premyer Liqa: "Nyukasl" səfərdən 3 xalla dönür

01:58

La Liqa: "Real Betis" darmadağına uğradı

01:33

A Seriyası: "Yuventus" "Parma"nı məğlub etdi

01:22

Liqa 1: "Lion" "Havr"la bacarmadı

00:49

Bundesliqa: "Sabah"ın rəqibi inamlı qələbəyə sevindi

29 Avqust 2026
23:42

Zaur Həşimov "İmişli" ilə matçdan sonra nə danışdı?

23:27

Fərid Namazov "Şəfa" üzərində qələbəni belə şərh etdi

22:58

Kamilo Duran dayanmaq bilmir

22:31

Komandası səfərdə 3 xal qazandı, Toral isə...

22:07

MPL: Qəbələdə qol səsi çıxmadı, "İmişli"yə 1 qol bəs etdi

21:58

"İstədiyimiz oyuna daha yaxın futbol nümayiş etdirdik" - Kaxaber Tsxadadze

21:26

"Futbolçularımdan razıyam" - Azər Bağırov

20:44

Tanınmış jurnalist “Kəpəz”də mühüm vəzifəyə təyin olundu

20:24

"Real Madrid"dən 3 milyonluq həmlə

19:48

"Benfika" "Əl-İttihad"ın 16 milyonluq təklifini rədd etdi

19:18

Frank Kesye yenidən İtaliyada

18:55

"Trabzonspor" "Milan"ın ulduzu üçün hərəkətə keçdi

18:14

"Çelsi" gənc istedadı icarəyə göndərir

17:44

"Çelsi"nin ulduzu "Mançester Siti"yə gedir

17:15

"Beşiktaş" "Yuventus"un oyunçusu ilə gücləndi - RƏSMİ

16:48

Xulian Alvares evinə qayıdır?

16:17

Bredli Barkola "Liverpul"a keçir – 145 milyon avroluq anlaşma

15:40

İtaliya klubu futbolçusundan FİFA-ya şikayət etdi

15:13

"Sabah" - "Barselona" matçı bu tarixdə keçiriləcək - DƏQİQLƏŞDİ

14:49

"Qalatasaray" Leaunu heyətinə qatdı - RƏSMİ

14:15

Aslan Kərimov: "Borussiya Dortmund"un da öhdəsindən gələ bilərik"

13:42

Nikolas Ceksona rekord məbləğ ödəniləcək

13:11

Reşford "Fənərbağça"ya cavabını verdi

12:46

Leau "Milan" azarkeşləri ilə vidalaşdı: "Mən klub tarixinin bir hissəsi olaraq qalacağam"

12:10

Cengiz Ünderin yeni klubu bəlli oldu - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X