00:51 17.06.2021 1158

AVRO-2020: Türkiyə yenə uduzdu, İtaliya darmadağınla 1/8 finalda

Bu gün futbol üzrə Avropa çempionatının qrup mərhələsində II turun oyunları start götürüb.

Fanat.Az xəbər verir ki, günün ilk matçında B qrupunda Finlandiya Rusiya yığmasının qonağı olub. Sankt-Peterburqdakı eyniadlı arenada keçirilən oyunda ilk turda Belçikanın darmadağın etdiyi (0:3) ruslar qələbə qazanıb - 1:0. Yeganə qola ilk yarının əsas vaxtına əlavə olunmuş ikinci dəqiqədə Aleksey Mirançuk imza atıb.

Günün qalan iki görüşü A qrupunda reallaşıb. Açılış matçında Türkiyə millisi Bakıda Uels yığması ilə üz-üzə gəlib. Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma saat 20:00-da başlayıb. Birinci oyunda Romada İtaliyaya 0:3 hesabıyla uduzan "ay-ulduzlular" tribunların dəstəyinə rəğmən, bu dəfə də yenilib - 0:2.

A qrupunun digər matçında isə turnirin favoritlərindən olan İtaliya millisi İsveçrə yığmasını qəbul edib. Romadakı "Olimpiko" stadionunda gerçəkləşən duelin start fiti Bakı vaxtı ilə saat 23:00-da səsləndirilib. Qrupdakı ilk oyununda Türkiyəni böyük hesabla üstələyən İtaliya İsveçrəyə də qapısından 3 cavabsız top keçirib. Bu nəticə ilə "skuadra adzurra" 1/8 finala vəsiqəni təmin edib. 
 
Avropa çempionatı
 
A qrupu, II tur

Türkiyə - Uels 0:2
Qollar: Aaron Remsi, 42; Konnor Roberts, 90+5
İstifadə olunmayan penalti: Qaret Beyl, 61
Baş hakim: Artur Diaş (Portuqaliya)
Bakı, Bakı Olimpiya Stadionu
 
Türkiyə: 23. Uğurcan Çakır, 2. Zeki Çelik, 4. Çağlar Söyüncü, 5. Okay Yokuşlu, 6. Ozan Tufan, 7. Cengiz Ünder, 9. Kenan Karaman, 10. Hakan Çalhanoğlu, 13. Umut Meraş, 17. Burak Yılmaz (k), 22. Kaan Ayhan.

Uels: 12. Denni Uord, 4. Ben Devis, 6. Co Rodon, 7. Co Allen, 10. Aaron Remsi, 11. Qaret Byel (k), 13. Kiffer Mur, 14. Konnor Roberts, 16. Co Morrell, 20. Daniel Ceyms, 22. Kris Mefam.


İtaliya - İsveçrə 3:0
Qollar: Manuel Lokatelli, 26; 52; Çiro İmmobile, 89
Baş hakim: Sergey Karasyov (Rusiya)
Roma, "Olimpiko" stadionu
 
İtaliya: 21. Canluici Donnarumma, 2. Covanni Di Lorentso, 3. Corco Kyellini (k), 4. Leonardo Spinatsola, 5. Manuel Lokatelli, 8. Jorjinyo, 10. Lorentso İnsinye, 11. Domeniko Berardi, 17. Çiro İmmobile, 18. Nikola Barella, 19. Leonardo Bonuççi.

İsveçrə: 1. Yan Zommer, 2. Kevin Mbabu, 4. Niko Elvedi, 5. Manuel Akanci, 7. Bril Embolo, 8. Remo Froyler, 9. Haris Seferoviç, 10. Qranit Caka (k), 13. Rikardo Rodriqes, 22. Fabian Şer, 23. Cerdan Şakiri.


Xal durumu: İtaliya - 6, Uels - 4, İsveçrə - 1, Türkiyə - 0

B qrupu, II tur
Finlandiya - Rusiya 0:1
Qol: Aleksey Mirançuk, 45+2.
Baş hakim: Denni Makkeli (Niderland)
Sankt-Peterburq, "Sankt-Peterburq" stadionu

Xal durumu: Belçika - 3, Rusiya - 3, Finlandiya - 3, Danimarka - 0.
 
Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

30 Avqust 2026
15:13

Portuqaliyalı ulduz "Qalatasaray"da -RƏSMİ

14:47

"Fənərbağça"dan ayrılan Amrabatın yeni klubu müəyyənləşdi

14:12

"Çelsi" argentinalı qapıçını transfer etdi

13:54

"Mançester Siti" niderlandlı vingerə 100 milyon avro verir

13:36

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:01

"Neftçi SOCAR" yarımfinalda uduzdu

12:34

"Qarabağ"da yeni braziliyalı - RƏSMİ

12:09

Messi şou göstərib Jairi haqladı

11:50

"Qalatasaray"ın gənc qapıçısı debütünü və qələbəni belə dəyərləndirdi

11:09

Fidanla Vüsalənin yeni klubu müəyyənləşdi

10:42

Günün oyunları bu kanallarda - AFİŞA

10:18

MPL: "Kəpəz" "Turan Tovuz"u, "Zirə" "Neftçi"ni qəbul edir

09:37

Hələ "Krasnodar" kimisi olmamışdı - Musayevin komandası rekordu yenilədi

09:00

"Sabah"ın baş məşqçisi qarşıdakı matçda yalnız bu futbolçunu oynada bilməyəcək

01:59

Premyer Liqa: "Nyukasl" səfərdən 3 xalla dönür

01:58

La Liqa: "Real Betis" darmadağına uğradı

01:33

A Seriyası: "Yuventus" "Parma"nı məğlub etdi

01:22

Liqa 1: "Lion" "Havr"la bacarmadı

00:49

Bundesliqa: "Sabah"ın rəqibi inamlı qələbəyə sevindi

29 Avqust 2026
23:42

Zaur Həşimov "İmişli" ilə matçdan sonra nə danışdı?

23:27

Fərid Namazov "Şəfa" üzərində qələbəni belə şərh etdi

22:58

Kamilo Duran dayanmaq bilmir

22:31

Komandası səfərdə 3 xal qazandı, Toral isə...

22:07

MPL: Qəbələdə qol səsi çıxmadı, "İmişli"yə 1 qol bəs etdi

21:58

"İstədiyimiz oyuna daha yaxın futbol nümayiş etdirdik" - Kaxaber Tsxadadze

21:26

"Futbolçularımdan razıyam" - Azər Bağırov

20:44

Tanınmış jurnalist “Kəpəz”də mühüm vəzifəyə təyin olundu

20:24

"Real Madrid"dən 3 milyonluq həmlə

19:48

"Benfika" "Əl-İttihad"ın 16 milyonluq təklifini rədd etdi

19:18

Frank Kesye yenidən İtaliyada

18:55

"Trabzonspor" "Milan"ın ulduzu üçün hərəkətə keçdi

18:14

"Çelsi" gənc istedadı icarəyə göndərir

17:44

"Çelsi"nin ulduzu "Mançester Siti"yə gedir

17:15

"Beşiktaş" "Yuventus"un oyunçusu ilə gücləndi - RƏSMİ

16:48

Xulian Alvares evinə qayıdır?

16:17

Bredli Barkola "Liverpul"a keçir – 145 milyon avroluq anlaşma

15:40

İtaliya klubu futbolçusundan FİFA-ya şikayət etdi

15:13

"Sabah" - "Barselona" matçı bu tarixdə keçiriləcək - DƏQİQLƏŞDİ

14:49

"Qalatasaray" Leaunu heyətinə qatdı - RƏSMİ

14:15

Aslan Kərimov: "Borussiya Dortmund"un da öhdəsindən gələ bilərik"

Facebookdan bizi izləməyi unutmayın.
X