20:11 19.06.2021 770

AÇ: İki güləşçimiz "qızıl", biri "bürünc" aldı

Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, beşinci yarış günündə 48, 55, 65, 80 və 110 kq-da yer alan yunan-Roma güləşçiləri xalça üzərinə çıxıb.

Mübarizəyə 1/4 finaldan qoşulan Fəraim Mustafayev estoniyalı idmançını vaxtından əvvəl üstələyərək yarımfinala yüksəlib. Finalın bir addımlığında Rusiyadan olan güləşçini də tam üstünlüklə yolundan kənarlaşdıran Mustafayev finala vəsiqə qazanıb. Fəraim həlledici görüşdə Türkiyədən olan rəqibinə də aşkar fərqlə qalib gələrək Avropa çempionu olub! Xatırladaq ki, güləşçimiz iki il əvvəl U-15 Avropa çempionatında da qızıl medal qazanmışdı.

Fərid Baxışlı debütdə estoniyalı güləşçiyə tam üstünlüklə qalib gəlib. Yeniyetmə pəhləvanımız Almaniya təmsilçisinə də eyni aqibəti yaşadıb. Rusiya təmsilçisiylə gərgin keçən mübarizədə də sevinən tərəf olan Baxışlı adını yarımfinala yazdırıb. Bu mərhələdə Belarus güləşçisindən də güclü olan Fərid finala adlayıb. Həlledici görüşdə Ermənistan idmançısıyla üz-üzə gələn həmyerlimiz böyük fərqlə hesabda geridə olsa da, möhtəşəm geridönüş edərək sonuncu xal prinsipinə əsasən Avropa çempionu olub!

Kənan Abdullazadə ilk mərhələdə türkiyəli həmkarı üzərində əzmkar qələbə qazanıb. Həmyerlimiz daha sonra erməni rəqibini "tuşe" ilə xalçadan məyus yola salıb. Ancaq Ukrayna təmsilçisiylə bacarmayıb. Rəqib finala yüksəldiyi üçün Kənan iyunun 19-da təsəlliverici görüşə çıxıb və yunan həmkarına "tuşe"ylə qalib gəlib. Estoniya təmsilçisinə də heç bir şans tanımayan Abdullazadə Avropa çempionatının bürünc medalına sahib çıxıb.

Cocu Səmədov 1/8 finalda belaruslu rəqibinə uduzub.


48 kq
1/4 final: Fəraim Mustafayev – Oliver Qrauen (Estoniya) 8:0
1/2 final: Fəraim Mustafayev - Kazbek Tarkanov (Rusiya) 9:0
Final: Fəraim Mustafayev - Servet Angi (Türkiyə) 9:0

55 kq
Təsnifat: Fərid Baxışlı – Yuhan Kristyuhan (Estoniya) 9:0
1/8 final: Fərid Baxışlı - Luka Musman (Almaniya) 11:1
1/4 final: Fərid Baxışlı - Konstantin Savçuk (Rusiya) 6:4
1/2 final: Fərid Baxışlı - Saveliy Raşçinski (Belarus) 4:2
Final: Fərid Baxışlı - Armen Sukiasyan (Ermənistan) *7:7 

65 kq
Təsnifat: Kənan Abdullazadə - Nihat Kara (Türkiyə) 3:2
1/8 final: Kənan Abdullazadə - Aşot Xaçatryan (Ermənistan) 7:3 (tuşe)
1/4 final: Kənan Abdullazadə - İmed Xudzadze (Ukrayna) 1:3
Təsəlliverici görüş: Kənan Abdullazadə - Sotirios Kutelis (Yunanıstan) 4:0 (tuşe)
Bürünc medal görüşü: Kənan Abdullazadə - Artur Jeremeyev (Estoniya) 7:1

80 kq
1/8 final: Cocu Səmədov – Maksim Masiukeviç (Belarus) 5:7

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

17 Sentyabr 2026
02:08

La Liqa: "Barselona" 9 qollu matçdan qalib ayrıldı

01:49

Avropada bunu yalnız Rafinya bacardı

01:17

AL: Ermənistan təmsilçisi doğma meydanda darmadağın edildi

16 Sentyabr 2026
23:58

Premyer Liqa tarixində onun kimisi olmamışdı

23:03

Elvin Camalov "Qəbələ"də - RƏSMİ

22:41

"Arsenal" Rodriqo transferi üçün hərəkətə keçdi

22:12

"Mançester Yunayted" Endriki icarəyə götürmək istəyir

21:53

Eden Azarın qırmızı vərəqə almasına səbəb olan topdaşıyan uşaq 300 milyonluq sərvət qazandı

21:14

"Barselona"nın yeni hücumçu siyahısında 3 böyük ad

20:48

BOK 2030-cu il Qış Olimpiya Oyunlarının keçiriləcəyi məkanları təsdiqləyib

20:09

"Murov Az Terminal" heyətini gücləndirdi

19:44

İdman gimnastikası üzrə Azərbaycan çempionatı keçiriləcək

19:11

"Sumqayıt" klubunda iclas keçirildi

18:30

I Liqa: "Karvan-Yevlax" darmadağına sevindi

18:03

Ölkə çempionunda iranlı müdafiəçi - RƏSMİ

17:41

"Neftçi" 1000-ci matçına çıxacaq

17:22

"Şəfa"nın hansı futbolçularının "Qarabağ"a qarşı oynamayacağı bilindi

17:03

"Araz-Naxçıvcan" "Neftçi"nin braziliyalısı ilə anlaşdı

16:45

Emin Zamanov "Xankəndi" ilə oyun barədə nə danışdı?

16:27

"Startdan razı deyiləm" - Yaşar Seyidov

16:08

"Yüksəlişə nail olacağımıza əminəm" - Ronaldo "Kəpəz"lə səfər matçından 3 xal gözləyir

15:50

Balde "Barselona"dan ayrılır

15:31

"Çelsi" Fabian Ruisi istəyir

15:13

Vernidub bu futbolçunu "Qəbələ"yə qarşı oynada bilməyəcək

14:54

Mourinyu: "Ardanın oyun keyfiyyəti inanılmazdır"

14:35

Azərbaycan millisi Moldovaya məğlub oldu

14:16

"Rəşad Sadıqovun "Zirə"si zirvəyə oynamağa potensialı olan komandadır" - Vaqif Sadıqov

13:57

"Qəbələ" yeni baş məşqçiyə "təmiz" təhvil verildi

13:38

İtaliya çempionu Yaxın Şərqə üz tutdu

13:19

Gənc futbolçu "Mançetser Yunayted"dən ayrılmaq istəyir

12:59

"Qəbələ" makedoniyalı baş məşqçi ilə anlaşdı - RƏSMİ

12:41

"Barselona"dan superulduz "ov"u: İkisini birdən gözaltı etdi

12:22

Rəhim Həsənov "Turan Tovuz"un narazı qaldığı hakim qərarlarını şərh etdi - VİDEO

12:03

"Kəpəz"in futbolçusu Moldova millisinə dəvət aldı

11:44

Yamal: "Əsas rəqibim Mbappedir"

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:06

1-ci Liqa: "Karvan-Yevlax" ilə "Zaqatala" liderlik matçına çıxır

10:47

Xames Rodriges karyerasını bitirdi

10:28

Messi vida matçına çıxacaq

10:07

Mehrac Baxşalı: "Bu oyunda da 3 xal qazanmaq istəyirik"

Facebookdan bizi izləməyi unutmayın.
X