AVRO-2020-nin 1/8 final mərhələsində Niderlandla üz-üzə gələcək Çexiya millisinin başına qəribə hadisə gəlib.
Fanat.Az xəbər verir ki, sabah Bakı vaxtıyla 20:00-da Budapeştdə "narıncılar"la qarşılaşmalı olan çexləri Macarıstana aparacaq təyyarə maraqlı səbəbdən havaya qalxa bilməyib.
Çexiya millisinin üzvü Aleks Kral təyyarədə yaranan problemin fotosunu "Twitter" hesabında paylaşıb və yazıb:
"Reyslərin gecikməsi ilə əvvəllər də rastlaşmışam. Hətta təxirəsalmalar da olub. Amma rezin trapın təsadüfən şişməsi üzündən havaya qalxa bilməmək bir ilkdir".
Atilla

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol