11:18 02.07.2021 871

Millimiz Vətənə döndü - VİDEO

Almaniyanın Dortmund şəhərində keçirilən Avropa çempionatında uğurlu çıxış edən gənclərdən ibarət sərbəst güləş millimiz bu gün Vətənə qayıdıb.

3 qızıl və 1 gümüş medalla komanda hesabında 3-cü yeri tutan yığmamız üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi keçirilib. Komandanın böyük məşqçisi Cəbrayıl Həsənov bunları deyib:
"Düzdür, daha yaxşı nəticə göstərə, başqa çəkilərdə də medal qazana bilərdik. Ancaq alınmadı. Bunun da səbəbləri var. Bir-iki ildir ki, bəzi uşaqlar yarışlarda iştirak etməyib. İnşallah, növbəti turnirlərdə ümidləri doğruldarlar. Avropa çempionatında medal qazanan güləşçilərimizə gəlincə, Turan Bayramov rəqiblərinə 1 xal belə vermədi. Kənan Heybətov erməni güləşçiylə final görüşündə elə bir əzmkarlıq göstərdi ki, elə bir vəziyyətdə xal aldı ki, sevincimizdən nə edəcəyimizi bilmirdik. Cəbrayıl Hacıyev də çempion oldu, Aydın Əhmədov isə ikinci yeri tutdu. Komanda hesabında 3-cü olduq. Bundan sonra avqustda keçiriləcək dünya çempionatına hazırlaşacağıq".

Daha sonra Avropa çempionlarından Turan Bayramov (70 kq) və Cəbrayıl Hacıyev (74 kq) yarışla bağlı təəssüratlarını bölüşüblər.

Turan Bayramov: "Belə yüksək nəticənin qazanılmasının səbəbi yaxşı hazırlıq keçməyimizdir. Cəbrayıl müəllimin rəhbərliyi altında 2 aya yaxın təlim-məşq toplanışı keçdik. Gözəl hazırlıq prosesinin nəticəsi olaraq çətinlik çəkmədən Avropa çempionu oldum. Qələbəmin əsas memarı olan şəxsi məşqçim Abil İbrahimova, həmçinin yığma komandanın məşqçilər heyətinə, federasiya rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm. Bu qələbəmi bütün şəhidlərimizə həsr edirəm. 8-ci dəfədir ki, erməni güləşçiyə qalib gəlirəm. Onlarla güləşəndə xüsusi motivasiya olur. Bundan sonra da çalışacağam ki, heç vaxt onlara məğlub olmayım və hər zaman onlar üzərində qələbə qazanım". 

Cəbrayıl Hacıyev: "Çox yaxşı və uğurlu görüşlər keçirdim. Azərbaycan xalqına, azarkeşlərə təşəkkürümü bildirirəm. Federasiya rəhbərliyinə, şəxsi məşqçim Vahid Məmmədova və yığma komandanın bütün məşqçilərinə minnətdaram. Müəyyən səhvlərim var, onların üzərində işləyəcəyik". 
 


Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

17 Sentyabr 2026
02:08

La Liqa: "Barselona" 9 qollu matçdan qalib ayrıldı

01:49

Avropada bunu yalnız Rafinya bacardı

01:17

AL: Ermənistan təmsilçisi doğma meydanda darmadağın edildi

16 Sentyabr 2026
23:58

Premyer Liqa tarixində onun kimisi olmamışdı

23:03

Elvin Camalov "Qəbələ"də - RƏSMİ

22:41

"Arsenal" Rodriqo transferi üçün hərəkətə keçdi

22:12

"Mançester Yunayted" Endriki icarəyə götürmək istəyir

21:53

Eden Azarın qırmızı vərəqə almasına səbəb olan topdaşıyan uşaq 300 milyonluq sərvət qazandı

21:14

"Barselona"nın yeni hücumçu siyahısında 3 böyük ad

20:48

BOK 2030-cu il Qış Olimpiya Oyunlarının keçiriləcəyi məkanları təsdiqləyib

20:09

"Murov Az Terminal" heyətini gücləndirdi

19:44

İdman gimnastikası üzrə Azərbaycan çempionatı keçiriləcək

19:11

"Sumqayıt" klubunda iclas keçirildi

18:30

I Liqa: "Karvan-Yevlax" darmadağına sevindi

18:03

Ölkə çempionunda iranlı müdafiəçi - RƏSMİ

17:41

"Neftçi" 1000-ci matçına çıxacaq

17:22

"Şəfa"nın hansı futbolçularının "Qarabağ"a qarşı oynamayacağı bilindi

17:03

"Araz-Naxçıvcan" "Neftçi"nin braziliyalısı ilə anlaşdı

16:45

Emin Zamanov "Xankəndi" ilə oyun barədə nə danışdı?

16:27

"Startdan razı deyiləm" - Yaşar Seyidov

16:08

"Yüksəlişə nail olacağımıza əminəm" - Ronaldo "Kəpəz"lə səfər matçından 3 xal gözləyir

15:50

Balde "Barselona"dan ayrılır

15:31

"Çelsi" Fabian Ruisi istəyir

15:13

Vernidub bu futbolçunu "Qəbələ"yə qarşı oynada bilməyəcək

14:54

Mourinyu: "Ardanın oyun keyfiyyəti inanılmazdır"

14:35

Azərbaycan millisi Moldovaya məğlub oldu

14:16

"Rəşad Sadıqovun "Zirə"si zirvəyə oynamağa potensialı olan komandadır" - Vaqif Sadıqov

13:57

"Qəbələ" yeni baş məşqçiyə "təmiz" təhvil verildi

13:38

İtaliya çempionu Yaxın Şərqə üz tutdu

13:19

Gənc futbolçu "Mançetser Yunayted"dən ayrılmaq istəyir

12:59

"Qəbələ" makedoniyalı baş məşqçi ilə anlaşdı - RƏSMİ

12:41

"Barselona"dan superulduz "ov"u: İkisini birdən gözaltı etdi

12:22

Rəhim Həsənov "Turan Tovuz"un narazı qaldığı hakim qərarlarını şərh etdi - VİDEO

12:03

"Kəpəz"in futbolçusu Moldova millisinə dəvət aldı

11:44

Yamal: "Əsas rəqibim Mbappedir"

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:06

1-ci Liqa: "Karvan-Yevlax" ilə "Zaqatala" liderlik matçına çıxır

10:47

Xames Rodriges karyerasını bitirdi

10:28

Messi vida matçına çıxacaq

10:07

Mehrac Baxşalı: "Bu oyunda da 3 xal qazanmaq istəyirik"

Facebookdan bizi izləməyi unutmayın.
X