"Vest Hem Yunayted" və Ukrayna millisinin hücumçusu Andrey Yarmolenko İstanbul nəhənglərinin transfer siyahısına düşüb.
Fanat.Az "Haber365"ə istinadən xəbər verir ki, 31 yaşlı forvardın xidmətində "Fənərbağça" və "Qalatasaray" maraqlıdır.
Yazılanlara inansaq, "Qalatasaray" hücumçuya illik 2, 5 milyon, "Fənər" isə 3 milyon avro əməkhaqqı verməyə hazırdır.
Qeyd edək ki, daha öncə Dortmund "Borussiya"sında çıxış etmiş Yarmolenko AVRO-2020-də 2 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.
Atilla