11:13 07.07.2021 1100

"Belenyuk, əvvəlki Belenyuk deyil" - İslam Abbasov

Azərbaycanı Tokio Yay Olimpiya Oyunlarında 87 kiloqram çəki dərəcəsində təmsil edəcək yunan-Roma güləşçisi İslam Abbasov Fanat.az-ın suallarını cavablandırıb. Minsk-2019 II Avropa Oyunlarının gümüş mükafatçısı onu dəstəkləyənlərə "mesaj" verib.

- Polşadakı son sınaq turnirində çıxışınızdan razı qaldınız?
- Polşa turnirinə qədər yaxşı təlim-məşqlər keçmişdik. Macarıstanda 20 günlük yüksək səviyyəli hazırlığımız olmuşdu. Ancaq dar macalda çəki salmamağım üçün qərara alındı ki, bir çəki yuxarıda güləşim. İlk dəfə idi 97 kiloqramda yarışırdım. Çəki fərqi görüşlərdə sözünü dedi. Məğlub olduğum görüşdə hiss etdim ki, sadəcə çəkim çatmadı.

- İslam Abbasov dedikdə azərbaycanlı güləş həvəskarlarının ağlına gələn ilk rəqib Jan Belenyukdur. Ukraynalı olimpiya mükafatçısı ilə görüşlərdəki uğursuz seriyanın əsas səbəbi nədir?
- Məncə, Belenyuk əvvəlki Belenyuk deyil. Ən azından iki il öncəki səviyyədə güləşmir. Axırıncı Avropa çempionatında gürcü əsilli Serbiya güləşçisinə uduzdu. Bilmirəm, ola bilsin, orada tam hazır formada olmayıb. Sözün açığı, 67, 77 kiloqram çəki dərəcələrində olduğu kimi, bizdə də vəziyyət elədir ki, əvvəldən sonadək bütün mərhələlər çox çətin keçəcək. Bu səbəbdən, istəmirəm, sadəcə Belenyuku və ya digər birini ayrıca qeyd edim.

- Lisenziyalardakı say azlığı əvvəlki Olimpiadalarla müqayisədə güləşçilərə inama təsir edib. Ancaq sizin özünüzlə bağlı nikbin düşünənlər də az deyil. Onlara nə demək istəyirsiniz?
- Tək mənə yox, Oyunlarda iştirak edəcək bütün güləşçilərə inansınlar. Olimpiadaya lisenziya qazanmaq asan iş deyil. Yarışların sayı azaldığından bu dəfə daha çətin oldu. Onlara demək istəyirəm ki, Olimpiadaya düşmüşəmsə, orada hər şey ola bilər.
 
Sahib Əsədbəyli
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

17 Sentyabr 2026
02:08

La Liqa: "Barselona" 9 qollu matçdan qalib ayrıldı

01:49

Avropada bunu yalnız Rafinya bacardı

01:17

AL: Ermənistan təmsilçisi doğma meydanda darmadağın edildi

16 Sentyabr 2026
23:58

Premyer Liqa tarixində onun kimisi olmamışdı

23:03

Elvin Camalov "Qəbələ"də - RƏSMİ

22:41

"Arsenal" Rodriqo transferi üçün hərəkətə keçdi

22:12

"Mançester Yunayted" Endriki icarəyə götürmək istəyir

21:53

Eden Azarın qırmızı vərəqə almasına səbəb olan topdaşıyan uşaq 300 milyonluq sərvət qazandı

21:14

"Barselona"nın yeni hücumçu siyahısında 3 böyük ad

20:48

BOK 2030-cu il Qış Olimpiya Oyunlarının keçiriləcəyi məkanları təsdiqləyib

20:09

"Murov Az Terminal" heyətini gücləndirdi

19:44

İdman gimnastikası üzrə Azərbaycan çempionatı keçiriləcək

19:11

"Sumqayıt" klubunda iclas keçirildi

18:30

I Liqa: "Karvan-Yevlax" darmadağına sevindi

18:03

Ölkə çempionunda iranlı müdafiəçi - RƏSMİ

17:41

"Neftçi" 1000-ci matçına çıxacaq

17:22

"Şəfa"nın hansı futbolçularının "Qarabağ"a qarşı oynamayacağı bilindi

17:03

"Araz-Naxçıvcan" "Neftçi"nin braziliyalısı ilə anlaşdı

16:45

Emin Zamanov "Xankəndi" ilə oyun barədə nə danışdı?

16:27

"Startdan razı deyiləm" - Yaşar Seyidov

16:08

"Yüksəlişə nail olacağımıza əminəm" - Ronaldo "Kəpəz"lə səfər matçından 3 xal gözləyir

15:50

Balde "Barselona"dan ayrılır

15:31

"Çelsi" Fabian Ruisi istəyir

15:13

Vernidub bu futbolçunu "Qəbələ"yə qarşı oynada bilməyəcək

14:54

Mourinyu: "Ardanın oyun keyfiyyəti inanılmazdır"

14:35

Azərbaycan millisi Moldovaya məğlub oldu

14:16

"Rəşad Sadıqovun "Zirə"si zirvəyə oynamağa potensialı olan komandadır" - Vaqif Sadıqov

13:57

"Qəbələ" yeni baş məşqçiyə "təmiz" təhvil verildi

13:38

İtaliya çempionu Yaxın Şərqə üz tutdu

13:19

Gənc futbolçu "Mançetser Yunayted"dən ayrılmaq istəyir

12:59

"Qəbələ" makedoniyalı baş məşqçi ilə anlaşdı - RƏSMİ

12:41

"Barselona"dan superulduz "ov"u: İkisini birdən gözaltı etdi

12:22

Rəhim Həsənov "Turan Tovuz"un narazı qaldığı hakim qərarlarını şərh etdi - VİDEO

12:03

"Kəpəz"in futbolçusu Moldova millisinə dəvət aldı

11:44

Yamal: "Əsas rəqibim Mbappedir"

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:06

1-ci Liqa: "Karvan-Yevlax" ilə "Zaqatala" liderlik matçına çıxır

10:47

Xames Rodriges karyerasını bitirdi

10:28

Messi vida matçına çıxacaq

10:07

Mehrac Baxşalı: "Bu oyunda da 3 xal qazanmaq istəyirik"

Facebookdan bizi izləməyi unutmayın.
X