Avropa çempionatının finalında Italiyaya yenilərək (1:1, penaltilərlə 2:3) ilk dəfə qitə çempionu olmaq şansını əldən verən İngiltərə millisinin yarımmüdafiəçisi Cek Qriliş maraqlı post paylaşıb.
Fanat.Az xəbər verir ki, Qriliş "Twitter"də baş məşqçi Qaret Sautqeytin ona penalti vurmaq imkanı vermədiyini yazıb:
"Mən də vurmaq istədiyimi dedim. Amma baş məşqçi fərqli qərar verdi. Sautqeytin turnir boyu düzgün qərarları çox olub. Məqsədim qərarı müzakirəyə çıxarmaq deyil. Sadəcə, istəmirəm ki, insanlar mənim penalti vurmaqdan boyun qaçırdığımı düşünsünlər".
Nihat