23:12 14.07.2021 803

"Olimpiakos" belə epizodları bağışlamayacaq" - Samir Abasov

"Azarkeşlərimiz üçün darıxmışdıq. Sağ olsunlar, əllərindən gələni etdilər, bizi tək qoymadılar". 

Fanat.Az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov deyib.

43 yaşlı çalışdırıcı Bakıda Tiflis "Dinamo"suna 2:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunundan sonra ənənəvi mətbuat konfransına qatılıb.

Abasov nəticənin əsas olduğunu vurğulayıb: "Bu cür oyunlara çıxmaq gərginlikdir. Bəzi epizodlarda səhvlərimiz oldu. Amma oyundan-oyuna daha da güclənəcəyik. Buna əminəm. Futbolçularım hər iki matçda əlindən gələni etdi. Cəmi 3 yoxlama matçından sonra bu səviyyədə oynamaq asan deyil. Oyunçularımız bacardılar və lazımi nəticəni qazandılar. Qol buraxdıqdan sonra hücuma atılmalıydıq. Necə oynamalı olduğumuzu bilirdik. Yenə deyirəm, əsas nəticə idi".

Baş məşqçi komandanın yeni transferinin -  oyuna sonradan qoşulan Harramiz Suareşin çıxışını belə dəyərləndirib: "Harramiz universal futbolçudur. Həm yarımmüdafiədə, həm də hücumda çıxış edə bilir. Beşli müdafiənin cinahında oynamaq da təqribən eyni şeydir. Vaxt keçdikcə hansı futbolçunun nəyə qadir olduğunu bilirik. Ehtiyat qüvvəmiz azdır. Bəzi oyunçuları məcburiyyətdən oynadırsan".

Mütəxəssis II təsnifat mərhələsindəki matçdan - Yunanıstan "Olimpiakos"undan da danışıb: "Əminəm ki, vaxt keçdikcə daha yaxşı oynayacağıq. "Olimpiakos" belə epizodları bizə bağışlamayacaq. Əlimizdən gələni edəcəyik. Onu da deyim ki, ümidliyəm. Yeni transferlər gözlənilir. Honda kimi oyunçumuz yoxdur ki, rəqib hücumlarının qarşısını alsın. Bəlkə də bu cür oyunlar işimizi asanlaşdıra bilər. "Olimpiakos" bizə birinci zonada oynamağa imkan verməyəcək. Səhvlərimizdən nəticə çıxarmalıyıq".

Mirağa
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

Facebookdan bizi izləməyi unutmayın.
X