12:02 21.07.2021 1219

"Qarabağa qayıdış": "Əlimizdən nə gəlirsə, etməyə hazırıq"

İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış prosesinə idman federasiyalarının da dəstək verməsi gözlənilir. Qarabağ regionunun müxtəlif idman növlərinin inkişafı üçün əlverişli təbii xüsusiyyətlərə və müəyyən ənənələrə malik olduğunu nəzərə alsaq, həyat üçün zəruri infrastrukturun bərpasından sonra bu və digər qurumların bölgəyə diqqət göstərməsi xüsusilə arzuolunandır. 

Fanat.az olaraq Azərbaycanda populyar növlərdən sayılan cüdo və güləş üzrə müvafiq federasiyaların məsələ ilə bağlı mövqeyini öyrəndik.
 


Elmar Babanlı (Cüdo Federasiyasının baş katibi): "Biz bunadək Ağdamın Quzanlı qəsəbəsində fəaliyyət göstərən cüdo zalını tatamilərlə, geyim dəstləri ilə təmin etmişik. İdmançıların ölkə çempionatlarına qatılması üçün lazım olan səfər xərclərini qarşılamışıq. İşğaldan azad olunan torpaqlarımız minalardan təmizlənib orada infrastruktur qurulduqdan sonra cüdonun həmin bölgədə kütləviləşdirilməsi istiqamətində əlimizdən nə gəlirsə, etməyə hazırıq. Əminliklə deyirəm ki, bu yöndə təşəbbüslərə dəstək göstərən ilk federasiyalardan biri Azərbaycan Cüdo Federasiyası olacaq".
 


Sərxan Musalı (Güləş Federasiyasının mətbuat xidmətinin rəhbəri): "Demək olar ki, bütün bölgələrimizdə güləş zalları fəaliyyət göstərir. Onların bir çoxunda güclü güləşçilər yetişib. Əsasən də sərbəst güləş üzrə regionlardan çıxmış titullu pəhləvanlarımız var. Həmçinin işğaldan azad olunmuş rayonlarımızda vaxtilə güləş zalları fəaliyyət göstərib. Şübhə yoxdur ki, qayıdış prosesində həmin bölgələrdə digər idman növləri kimi, güləşin də inkişafına diqqət yetiriləcək. Ancaq federasiyanın bugünkü imkanları hansısa addımlar atmağa imkan vermir. "AtaHoldinq" Güləş Federasiyasına sponsorluq etdiyi dövrdə müxtəlif bölgələrdə infrastrukturun yaradılması və bərpası üçün müəyyən işlər görülüb. Zallar təmir edilib, güləş xalçaları verilib. Bu gün isə federasiyamız yalnız dövlət tərəfindən maliyyələşir. Büdcəmiz sadəcə cari xərcləri qarşılamağa yetir. Gələcəkdə maliyyə imkanlarımız genişlənərsə, azad olunmuş bölgələrdə klublar açılmasına töhfə verə bilərik. Bunun birbaşa bizim hesabımıza gerçəkləşməsi şərt deyil. Ayrı-ayrı qurumların dəstəyi ilə işlər həyata keçirilə bilər".
 
Sahib Əsədbəyli
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

17 Sentyabr 2026
02:08

La Liqa: "Barselona" 9 qollu matçdan qalib ayrıldı

01:49

Avropada bunu yalnız Rafinya bacardı

01:17

AL: Ermənistan təmsilçisi doğma meydanda darmadağın edildi

16 Sentyabr 2026
23:58

Premyer Liqa tarixində onun kimisi olmamışdı

23:03

Elvin Camalov "Qəbələ"də - RƏSMİ

22:41

"Arsenal" Rodriqo transferi üçün hərəkətə keçdi

22:12

"Mançester Yunayted" Endriki icarəyə götürmək istəyir

21:53

Eden Azarın qırmızı vərəqə almasına səbəb olan topdaşıyan uşaq 300 milyonluq sərvət qazandı

21:14

"Barselona"nın yeni hücumçu siyahısında 3 böyük ad

20:48

BOK 2030-cu il Qış Olimpiya Oyunlarının keçiriləcəyi məkanları təsdiqləyib

20:09

"Murov Az Terminal" heyətini gücləndirdi

19:44

İdman gimnastikası üzrə Azərbaycan çempionatı keçiriləcək

19:11

"Sumqayıt" klubunda iclas keçirildi

18:30

I Liqa: "Karvan-Yevlax" darmadağına sevindi

18:03

Ölkə çempionunda iranlı müdafiəçi - RƏSMİ

17:41

"Neftçi" 1000-ci matçına çıxacaq

17:22

"Şəfa"nın hansı futbolçularının "Qarabağ"a qarşı oynamayacağı bilindi

17:03

"Araz-Naxçıvcan" "Neftçi"nin braziliyalısı ilə anlaşdı

16:45

Emin Zamanov "Xankəndi" ilə oyun barədə nə danışdı?

16:27

"Startdan razı deyiləm" - Yaşar Seyidov

16:08

"Yüksəlişə nail olacağımıza əminəm" - Ronaldo "Kəpəz"lə səfər matçından 3 xal gözləyir

15:50

Balde "Barselona"dan ayrılır

15:31

"Çelsi" Fabian Ruisi istəyir

15:13

Vernidub bu futbolçunu "Qəbələ"yə qarşı oynada bilməyəcək

14:54

Mourinyu: "Ardanın oyun keyfiyyəti inanılmazdır"

14:35

Azərbaycan millisi Moldovaya məğlub oldu

14:16

"Rəşad Sadıqovun "Zirə"si zirvəyə oynamağa potensialı olan komandadır" - Vaqif Sadıqov

13:57

"Qəbələ" yeni baş məşqçiyə "təmiz" təhvil verildi

13:38

İtaliya çempionu Yaxın Şərqə üz tutdu

13:19

Gənc futbolçu "Mançetser Yunayted"dən ayrılmaq istəyir

12:59

"Qəbələ" makedoniyalı baş məşqçi ilə anlaşdı - RƏSMİ

12:41

"Barselona"dan superulduz "ov"u: İkisini birdən gözaltı etdi

12:22

Rəhim Həsənov "Turan Tovuz"un narazı qaldığı hakim qərarlarını şərh etdi - VİDEO

12:03

"Kəpəz"in futbolçusu Moldova millisinə dəvət aldı

11:44

Yamal: "Əsas rəqibim Mbappedir"

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:06

1-ci Liqa: "Karvan-Yevlax" ilə "Zaqatala" liderlik matçına çıxır

10:47

Xames Rodriges karyerasını bitirdi

10:28

Messi vida matçına çıxacaq

10:07

Mehrac Baxşalı: "Bu oyunda da 3 xal qazanmaq istəyirik"

Facebookdan bizi izləməyi unutmayın.
X