Tokio 2020-də kişilər arasında keçirilən basketbol turnirində qrup mərhələsinin daha bir oyunu başa çatıb.
Fanat.Az xəbər verir ki, B qrupunda İtaliya və Avstraliya milli komandaları qarşılaşıb.
Görüş 86:83 hesabı ilə avstraliyalıların qələbəsi ilə yekunlaşıb.
Oyunun ən məhsuldar oyunçusu 22 xalla italiyalı Simone Fontekkio (Simone Fontecchio) olub. Avstraliya millisində isə Cok Landeyl (Jock Landale) 18 xal toplayıb.
Xatırladaq ki, bu, Avstraliya millisinin turnirdə ikinci qələbəsidir. Daha əvvəl komanda Nigeriya millisini (84:67) məğlub edib.
Emin Şəmsiyev