Tokio 2020 Yay Olimpiya Oyunlarında qadınlar arasında futbol turnirinin finalçıları müəyyənləşib.
Fanat.Az xəbər verir ki, yarımfinalda Kanada ABŞ-ı, İsveç Avstraliyanı 1:0 hesabı ilə məğlub edərək finala adlarını yazdırıblar.
Kanada və İsveç arasında həlledici görüş avqustun 6-da olacaq.
Qeyd edək ki, avqustun 5-i isə ABŞ və Avstraliya yığmaları 3-cü yer uğrunda görüşə çıxacaqlar.
Röya