"Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Fanat.Az xəbər verir ki, İldar Ələkbərov bundan sonra sözügedən komandanın uğurları üçün çalışacaq. 20 yaşlı vingerlə bağlanmış müqavilənin müddəti 3 ildir.
"Zenit” Futbol Akademiyasının yetirməsi olan İldar karyerası ərzində Rusiyanın "Stroqino” (Moskva) və "Nefteximik” (Nijnekamsk) komandalarında çıxış edib.