00:01 03.08.2021 1061

Tokio 2020: 2 "bürünc", 2 final şansı

Tokio 2020 Yay Olimpiya Oyunları davam edir.

Fanat.Az xəbər verir ki, Olimpiadanın 12-ci günündə 2 növ üzrə 4 idmançımız mübarizə aparacaq.

Güləş

Avqustun 2-də mübarizəyə qoşulan təmsilçilərimiz Rafiq Hüseynov (yunan-Roma, 77 kq) və Elis Manolova (qadın güləşi, 68 kq) bürünc medal üçün yarışacaq.

1/4-də Qırğızıstan təmsilçisi Akjol Mahmudova uduzaraq final şansını qaçıran Hüseynov təsəlliverici mərhələdə tunisli Lamjed Maafi ilə üz-üzə gələcək.

Bu rəqibini üstələyəcəyi təqdirdə, ikiqat Avropa çempionumuz ermənistanlı Karapet Çalyanla üçüncülük uğrunda həlledici görüşə vəsiqə qazanacaq.

İlk mərhələdə (1/8 final) uduzduğu nigeriyalı Blessinq Oborodudunun finala yüksəlməsi sayəsində bürünc imkanı yaxalayan Manolova qırğızıstanlı Meerim Jumanazarovanı yolundan uzaqlaşdırmağa çalışacaq. 

Avropa çempionumuz keçən il Belqradda keçirilən fərdi dünya kubokunun qalibini məğlub etsə, medal uğrunda həlledici görüşdə Monqolustan təmsilçisi Batsetseeq Soronzonboldla üz-üzə gələcək.

Eyni zamanda, üç çəki üzrə (yunan-Romada 67, 87, qadın güləşində 62 kq) mübarizəyə start veriləcək. 

Yunan-Roma millimizin üzvü İslam Abbasov (87 kq) da Olimpiadada debüt edəcək.

25 yaşlı "klassik"imiz ilk mərhələdə (1/8 final) kubalı Daniel Heçavarria ilə qarşılaşacaq. 

Minsk 2019 II Avropa Oyunlarının gümüş mükafatçısı görüşü qələbə ilə başa vursa, növbəti mərhələdə Kiril Maskeviç (Belarus) - Məhəmməd Metvalli (Misir) cütünün qalibi ilə gücünü sınayacaq.

Güləş yarışları Bakı vaxtı ilə 06:00-da başlayır. 

Atletika

Kişilərin üçtəkanla tullanma yarışında finalçılar müəyyənləşəcək.

Ölkəmiz bu mübarizədə Avropa çempionu Nazim Babayev ilə təmsil olunur.

İkiqat Universiada qalibimiz finala adlamaq üçün 32 iştirakçı arasında ilk "12-liy"ə düşməlidir.

Hər iki qrup üzrə təsnifata 04:00-da start veriləcək.

Həlledici mərhələ avqustun 5-də baş tutacaq.

Qeyd edək ki, Tokio 2020-yə 44 idmançı ilə qatılan Azərbaycanın hesabında rəsmiləşmiş 2 medal var. Ölkəmizə "bürünc"ləri qadın cüdoçu İrina Kindzerska (+78 kq) və boks üzrə kişilərdən ibarət millinin üzvü Alfonso Dominqes (81 kq) qazandırıb. 25 təmsilçimiz Olimpiya Oyunları ilə əliboş vidalaşıb.
 
Sahib Əsədbəyli
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

09:00

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

Facebookdan bizi izləməyi unutmayın.
X