Tokio 2020-də futbol turnirində bu gün final görüşü keçirilir.
Fanat.Az xəbər verir ki, həlledici qarşılaşmada Braziliya ilə İspaniya seçmələri üz-üzə gəlib.
Bakı vaxtı ilə saat 15:30-da başlayacaq matç Tokionun "Nissan Steydium"da keçirilib.
Oyunun birinci hissəsinin sonlarında Matyo Kunya "sambaçılar"ı irəli çıxarıb. İkinci Hissənin 61-ci dəqiqəsində Karlos Solerin (Carlos Soler) ötürməsindən sonra Oyarzabal hesabı bərabərləşdirib.
Oyunun əsas vaxtı heç-heçə nəticələnib və uzatma dəqiqələrinə ehtiyac duyulub.
Əlavə olunan vaxtın 108-ci dəqiqəsində Malkom fərqlənib.
Oyunun hesabı 2:1 Braziliya millisinin xeyrinə başa çatıb.
Tokio 2020-də keçirilən futbol turnirinin qalibi Braziliya yığmasıdır.
Emin Şəmsiyev