Futzal üzrə FIFA referisi Hikmət Qafarlı beynəlxaq təyinat alıb.
Fanat.Az-ın məlumatına görə, o, futzal üzrə Çempionlar Liqasının ilkin mərhələsinin C qrupunda keçiriləcək oyunlarda iştirak edəcək.
Avqustun 20-dən 25-dək davam edəcək matçlar Albaniyanın paytaxtı Tiranada təşkil olunacaq. Bu qrupda "Tirana”, "Haladaş” (Macarıstan), "Differdanj” (Lüksemburq) və "Utleira” (Norveç) komandaları mübarizə aparacaq.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol