10:21 26.08.2021 654

\"Son anda bildik ki, ilkin mərhələdə oynayacağıq\" - MÜSAHİBƏ

Futzal üzrə UEFA Çempionlar Liqasında ilkin mərhələni qrup ikincisi kimi başa vurmasına rəğmən, əsas raunda yüksələn "Araz" hələ də Latviyadadır. Naxçivan klubu Bakıya sabah qayıdacaq. 

Fanat.Az komandanın baş məşqçisi Joze Alesio Da Silva ilə əlaqə saxlayaraq, onunla turnir və gələcək planlar barəsində söhbətləşib.  

- İlk növbədə komandanın çıxışı barədə fikirlərinizi bilmək istərdik.
- Çətinliklə də olsa, qarşımıza qoyulan məqsədə çatdıq. İki oyunda qalib gəldik, birində heç-heçə etdik. Yəni uduzmadıq. Əsas rəqibimiz olan "Kampuksen Dinamo"yla bərabərə qaldıq. Halbuki, finlərlə oyuna yaxşı başlamışdıq, startda hesabda 2 top fərqi ilə önə keçmişdik. Amma sonda üstünlüyümüzü əldən verdik. Qrup ikincisi kimi də olsa, növbəti mərhələyə adlamağımıza sevinirik.

- Amma bunu son anda, digər qruplardakı nəticədən asılı olaraq reallaşdırdınız.
-  Bəli, belədir. Taleyimiz öz əlimizdə deyildi. Bizi öz oyunumuz maraqlandırırdı. Keçirdiyimiz 3 oyundan sonra vəziyyət elə gətirdi ki, A qrupundakı nəticəni gözləməli olduq.   

- Əvvəlki mövsümlərdə "Araz" mübarizəyə əsas mərhələdən başlayır və adətən, uğurlu çıxış edirdi. Amma komanda bu dəfə ilkin mərhələdə yer alsa da, çətinlik çəkdi. Bunu necə izah edə bilərsiniz?

- Turnirdə çətinlik çəkməyimizin əsas səbəblərindən biri budur ki, bizim vaxtımız az oldu, az məşq keçmişik. Yəni, tam şəkildə, istədiyimiz cür hazırlıq keçə bilməmişik. Bu da təbii ki, özünü turnir ərzində oyunlarda göstərdi.

- Braziliyadan tez qayıda bilərdiniz. Belədə hazırlıq üçün daha çox vaxtınız olacaqdı.
- Mən məzuniyyətdə olanda reytinq cədvəli çıxmamışdı. Son anda bildik ki, ilkin mərhələdə oynayacağıq. Bizim hazırlıq planı belə idi ki, avqustun 5-də başlayaq. Oktyabra qədər ideal formada olacaqdıq. Amma şərait dəyişdiyinə görə planlarımız pozuldu. Mən avqustun 7-də gəldiyimə görə biz cəmi 10 məşq keçə bildik. Bir də EKOL-la bir yoxlama oyunu. Təbii ki, bu, kifayət deyildi. 

- Yeni transferlərlə bağlı fikirləriniz maraqlıdır. Özlərini doğrultdu?
- Pereyra Qonsalves yaxşı formadadır. Oyununda problem yoxdur . Komandanın ən yaxşısı məhz o idi. Emanuel Rodriges də özünü pis tərəfdən göstərmədi, amma hiss olunur ki, fiziki cəhətdən axsayır. Fiziki məşq keçmədiyinə görə biraz gücü az idi, oyunlarda tez yorulurdu. Amma müəyyən qədər fiziki məşqlər keçdikdən sonra təkcə o yox, bütün oyunçularım ideal formaya düşəcək. Müəyyən məşqlər keçirilməlidir. 

- Əsas mərhələdə oxşar problemlə qarşılaşmamaq üçün planınız nədir?
- Oktyabra qədər vaxt çoxdur. Həm də bu müddətdə artıq çempionatda bir neçə oyun keçirmiş olacağıq. Yəni komanda oyun təcrübəsi qazanmış olacaq. Fiziki cəhətdən problemlərimizi isə Bakıya qayıtdıqdan dərhal sonra yoluna qoymağa çalışacağıq. Avqustun 30-dan məşqləri bərpa edəcəyik. 

- Bəs yeni transfer necə, olacaqmı?
- Bu barədə indidən danışmağım doğru olmaz. Bakıya qayıtdıqdan sonra Mahmud müəllimlə ("Araz"ın vitse-prezidenti M.Sadıqovu nəzərdə tutur) birgə federasiya prezidenti Zaur Axundovun qəbulunda olacağıq. Ona hesabat verməliyəm. Həmin görüşdə transfer məsələsini də müzakirə edəcəyik. 

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 May 2024
13:49

Millinin oyunlarının vaxtı bilindi

13:32

"Səbail" "Qəbələ" ilə oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

13:14

London nəhəngi keçmiş qapıçısını geri qaytarır

12:55

Abdullah Zubir qərarını verib, amma... - SON DURUM

12:36

Kapitanlardan final öncəsi iddialı danışdılar

12:18

Roke "Barselona"dan gedə bilər - AÇIQLAMA

12:00

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:41

"Neftçi" son dəfə 10 il öncə bu vəziyyətə düşmüşdü

11:22

"Sumqayıt" öz rekordunu təkrarladı

11:04

AKAF “Bakı marafonu 2024”-də iştirak edib

10:48

"Qarabağ"dan tarixi rekord

10:30

Erik ten Haq dilemma qarşısında - MY-də zədələnməyən müdafiəçi qalmadı

10:12

Minifutbol: Finalçılar müəyyənləşdi

09:49

Azərbaycanlı futbolçuların heç biri 90 dəqiqə oynamadı

09:25

Zidan "Bayern" söhbətinə nöqtə qoydu: "Onların "Real"la oyununu izləyəcəm"

09:00

MPL: "Səbail" autsayderə qarşı - YENİLƏNİR

02:04

"Sevilya" 3 xalı 3 qolla qazandı

01:40

On komandadan yalnız biri 3 xala sevindi

01:01

İPL: "Arsenal" da darmadağınla qazandı, "Mançester Siti" də

00:20

"Bayer" 48-ə darmadağınla çatdı

05 May 2024
23:50

"Qalatasaray" darmadağınla liderliyini möhkəmləndirdi

22:35

"Barselona" Levandovskiyə əvəzləyici tapdı

22:10

"Sabah" bəxt sayəsində qalib gəldi" - Elmar Baxşıyev 

21:40

Renduliçdən qələbə şərhi: "Hələ heç nə bitməyib"

20:58

MPL: "Zirə" "Turan Tovuz"a, Sabah" "Araz-Naxçıvan"a qalib gəldi 

20:15

İtaliyalı ulduz "Qalatasaray"a dönür

19:40

Almaniyada oynayan futbolçu Almaniyaya gedə bilməyəcək

19:30

"90 dəqiqə rəqibdən üstün oynadıq" - Ayxan Abbasov

18:54

Rəşad Sadıqov Tovuzdakı  qələbəni belə şərh etdi

17:40

Avropa Kuboku: Azərbaycan millisi növbəti medalı qazandı

17:00

"Karyeramla bağlı müəyyən planlarım var" - Qazaxıstan klubundan ayrılan milli üzvü

16:20

İngiltərə nəhəngi türkiyəli ulduzla anlaşdı - SON DURUM 

15:47

"Borussiya Dortmund"un məşqçisi "Beşiktaş"da - Danışıqlar başladı

15:16

“Bakı Marafonu-2024”ün qalibləri bəlli oldu

14:38

"Bunu demək üçün mütəxəssis olmaq lazım deyil" - Aslan Kərimov

13:59

Qvardiola 5:1-i və Holandın pokerini dəyərləndirdi

13:23

Bakıda keçirilən turnirə yekun vurulur

12:52

Tyaqo Silva yeni klubu ilə razılığa gəldi - Detallar 

12:00

"Öz oyunumu necə qiymətləndirə bilərəm? Çox pis” - Rza Cəfərov

11:40

"Qarabağ"da yeni müqavilə - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X