Rusiyanın Kazan şəhərində təşkil olunan I MDB oyunlarında iştirak edən 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi bu gün yarışda son oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Ağatahir Əzimovun komandası 5-ci yer uğrunda qarşılaşmada moldovalı həmyaşıdları ilə üz-üzə gəlib. Komandamız görüşdən böyük hesablı qələbə ilə ayrılıb - 10:5.
Əli Mahmudovun het-trik etdiyi matçda Nurlan Məmmədzadə, Xəzər Ağalızadə dubl edib. Digər qolları isə Şahmar Cəfərli, Mirzə Əmirov və Fuad Məmmədzadə vurub.
Beləliklə, U-19 altı komandanın qatıldığı yarışı 5-ci yerdə başa vurub.
Qeyd edək ki, futzalçılarımız qrupda Belarus və Qırğızıstanla qarşılaşmış və hər iki rəqibinə uduzmuşdu (müvafiq olaraq, 0:6 və 3:8).
Mirağa