14:34 13.09.2021 611

"Qazilərimiz də sıralarımıza qoşulacaq" - Millimizin baş məşqçisi

"Komandanın son hazırlıq durumuna əsasən nəzərimizdə ən azından iki medal tutmuşduq. Amma bir medal oldu. İlk olduğunu nəzərə alıb, bunu da uğur kimi qəbul edirik".

Bunu Fanat.Az-a Azərbaycan para-pauerliftinq yığmasının baş məşqçisi İlqar İbişov deyib. 

Tokio 2020 Yay Paralimpiya Oyunlarında millimizin çıxışı haqqında danışan mütəxəssis yarış vaxtı yaşanan bəzi məqamlara aydınlıq gətirib. İbişov eks dünya rekordçusu, Avropa çempionu, dünya çempionatlarının mükafatçısı Elşən Hüseynovun ardıcıl iki Paralimpiya Oyunlarında üzləşdiyi uğursuzluğun səbəblərinə toxunub:

"Paralimpiadada ilk dəfə pauerliftinq üzrə dörd idmançı ilə təmsil olunduq. Komandada yalnız Nurlan Babacanovun "üçlüy"ə düşmək imkanları yüksək qiymətləndirilmirdi. Digər üç idmançıdan ən azı ikisinin medal qazanacağını düşünürdük. Görünür, Pərvin Məmmədovda əzm, istək daha çox oldu.

Elşən Hüseynova gəlincə, Rio 2016-da onun çıxışı ürəyində yaranan problem - aritmiya səbəbindən uğursuz alınmışdı. Bu dəfə iki dəfə sifariş verdiyi çəkini qaldırsa da, hakimlər nəticəni qeydə almadı.

Həmçinin ən ağır çəki dərəcəsindəki təmsilçimiz Şamo Aslanovun cəhdi sayılmadı. 

Doğrusu, mənim o məqamları tam görmək imkanım olmadı deyə, hakim qərarlarının doğru-yanlış olması barədə heç nə söyləyə bilmirəm. Sadəcə dəqiq bildiyim odur ki, cəhdlərin hesaba alınmaması idmançıların özünə inamını sarsıtdı. Bu səbəbdən son yanaşmaları da uğursuz oldu. Paralimpiya Oyunlarındakı atmosfer digər yarışlardakına bənzəmir. Burada hər şey çox fərqlidir. Gərək bütün məqamlara hazır olasan".

Çalışdırıcı növbəti Paralimpiya dövründə heyətin yenilənəcəyini və daha da genişlənəcəyini qeyd edib:

"Növbəti Paralimpiadaya 3 ildən də az vaxt qalıb. İndi bizim ehtiyatda çox sayda gənc idmançımız var. Heç vaxt olmadığı qədər sıralarımız genişdir. Bununla belə, əlimizdə olanlarla kifayətlənməyəcəyik. Daim arayıb-axtaracağıq".

Millimizin baş məşqçisi 44 günlük Vətən müharibəsində və digər dövrlərdə yaralanaraq sağlamlığını itirən qazilərimizin bir qisminin pauerliftinq növünə cəlb olunacağını diqqətə çatdırıb:

"Düşünürük, yaxın zamanda qazilərimiz də sıralarımıza qoşulacaq. Təbii ki, onların arasında seçim aparılacaq. Ağırlıqqaldırma üçün uyğun olmayanlar kamandan oxatma, atletika və ya başqa bir növə yönləndiriləcək".

Xatırladaq ki, Azərbaycan Tokio 2020 Yay Paralimpiya Oyunlarının pauerliftinq yarışını bir bürünc medalla başa vurub. 49 kiloqram çəki dərəcəsində mübarizə aparan Pərvin Məmmədov 156 kiloqram çəkini ram edərək ölkəmizə bu növ üzrə tarixdə ilk Paralimpiada mükafatı qazandırıb.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

Facebookdan bizi izləməyi unutmayın.
X