Azərbaycanın qadınlardan ibarət şahmat yığması İspaniyanın Sitjes bölgəsində təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb.
Fanat.Az xəbər verir ki, A qrupunun dördüncüsü kimi 1/4 finala adlayan zəkalarımız bu mərhələdə B qrupunun lideri Gürcüstan komandası ilə üz-üzə gəlib. Reqlamentə əsasən, tərəflər arasında iki görüş baş tutub. Millimiz ilk qarşılaşmadan 0,5:3,5 hesabı ilə məğlub ayrılıb. Cavab oyunu isə heç-heçə başa çatıb.
Digər matçlarda Rusiya kollektivi FİDE Amerikanı, Ukrayna Ermənistanı, Hindistan isə Qazaxıstanı üstələyib.
Qeyd edək ki, mundialda komandamızın heyəti Günay Məmmədzadə, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Zeynəb Məmmədyarova və Ülviyyə Fətəliyevadan ibarət olub.
Yarışa oktyabrın 2-də yekun vurulacaq.
Komandalararası dünya çempionatı
1/4 final
İlk görüş
Gürcüstan - Azərbaycan 3,5:0,5
Nana Caqnidze - Günay Məmmədzadə 1:0
Nino Batsiaşvili - Gülnar Məmmədova 0,5:0,5
Meri Arabidze - Ülviyyə Fətəliyeva 1:0
Lela Cavaxişvili - Türkan Məmmədyarova 1:0
Cavab görüşü
Azərbaycan - Gürcüstan 2:2
Günay Məmmədzadə - Nana Caqnidze 0,5:0,5
Gülnar Məmmədova - Nino Batsiaşvili 0,5:0,5
Ülviyyə Fətəliyeva - Meri Arabidze 1:0
Zeynəb Məmmədyarova - Lela Cavaxişvili 0:1