17:11 08.10.2021 657

"İtirdiyimiz 2 xalı bərpa etmək istəyirik" - Canni De Byazi

"Komandada vəziyyət yaxşıdır. Bəzi oyunçular sabah olmayacaq. Zədəli futbolçularımız var. Çox istəkliyik, yaxşı hazırlaşmışıq. Komandamdan razıyam. Sabah yaxşı nəticə qazanmaq istəyirik. İrlandiyada itirdiyimiz 2 xalı bərpa etmək istəyirik".

Fanat.Az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Bakıda İrlandiya millisinə qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunundan öncə mətbuat konfransında deyib.

Əcnəbi çalışdırıcı uzun fasilədən sonra yenidən milliyə çağırılan Araz Abdullayevlə Renat Dadaşovun durumuna da toxunub: "Araz Abdullayev daha da böyüyüb. Məni yaxşı mənada təəccübləndirdi. Ona ümid bəsləmək olar. Dadaşov uzun sürən zədədən sonra qayıdıb. Gənc və bizim üçün vacib futbolçudur".

65 yaşlı baş məşqçi qarşıdakı iki matçın onun millidəki taleyinə təsir edib-etməyəcəyi ilə bağlı suala da cavab verib. De Byazi təzyiq hiss etmədiyini söyləyib: "30 illik təcrübəm var. Təzyiqi xoşlayıram. Federasiya 14 ay ərzindəki işimə baxacaq. 16 oyundan 13-nü evdən kənarda oynamışıq. Bu, bir az qeyri-adi vəziyyətdir. İnkişaf hiss olunur. FIFA-nın reytinqində 50-ci olsaq da, İrlandiyada yaxşı çıxış etdik".

Təcrübəli mütəxəssis rəqibin yaxşı komanda olduğunu deyib: "Əksəriyyəti İngiltərə Premyer Liqasında oynayır. İlk dəqiqələrdən yaxşı oynamalı, topa nəzarət etməliyik. Bunun üçün lazımi keyfiyyətlərimiz var. Digər tərəfdən, standart vəziyyətlər zamanı diqqətli olmalıyıq".

De Byazi Türkiyə "Beşiktaş"ın çıxış edən Berkay Vardarın gələcəkdə milliyə dəvət alacağını istisna etməyib: "O futbolçunu tanıyıram, izləmişəm. "Beşiktaş"da məcburiyyətdən oynayıb. Sol ayaqlı mərkəz müdafiəçisidir. Bizdə bu cür klublarda oynayan çox futbolçu yoxdur. Vaxtı çatanda onu da çağıracağıq"

Qeyd edək ki, oktyabrın 30-da Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan - İrlandiya görüşü saat 20:00-da başlayacaq. 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

09:00

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

17:04

Mudrikin "Barselona" formasında paylaşımı gündəm oldu - FOTO

16:49

AFFA prezidenti Möllerlə görüşdü

16:31

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcəklər

16:13

"Siti" bu ölkənin indiyədək gördüyü ən yaxşı Premyer Liqa komandasıdır"

15:42

"Məşqçilər VAR-a baxılmasını tələb edə biləcəklər" - Canni İnfantino

15:24

"Danışıq apardıq, amma..." - Tuxel son nöqtəni qoydu

15:05

Azərbaycanın 2 boksçusu Rusiyada finala yüksəldi

14:49

Birinci Liqada mükafatlandırma mərasiminin vaxtı bilindi

14:36

PFL Azərbaycan çempionlarına veriləcək yeni kubok və medalları təqdim etdi - VİDEO

14:30

Robin Van Persi Erediviziya klubunu çalışdıracaq - RƏSMİ

14:12

Rəşad Sadıqov "Kəpəz"ə qarşı yalnız onu oynada bilməyəcək

13:56

Matip "Liverpul"dan gedir - RƏSMİ

13:38

BOK rus jurnalistlərə də qadağa qoydu

13:20

Alkantara Premyer Liqa nəhəngindən ayrıldı - Yeni klubu da bilinir

13:02

Qasperini "Atalanta"dan getməyə yaxındır - Danışıqlar başladı

12:44

"Mənim ən böyük motivasiyam..." - Ronaldu açıqladı

12:29

“Misli.az ilə Avropaya” – İlk tirajın nəticələri

12:28

XXXIV turun təyinatları açıqlandı

12:18

"Saatlı camaatına qələbə yaraşır" - "Araz Saatlı"nın baş məşqçisi 

12:00

Azərbaycan millisi 3-cü səbətdə

11:42

Naço "Real"ı İtaliya nəhənginə dəyişə bilər

11:05

Azərbaycanın 2 boksçusu finalda

10:46

Xavi üçün yubiley: Qvardiola ilə Enrikedən geri qaldı

Facebookdan bizi izləməyi unutmayın.
X