22:03 25.10.2021 607

"Səbail"də olduğum müddətdə ən yaxşı oyunumuz idi" - Aftandil Hacıyev

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib. 

Fanat.Az xəbər verir ki, “dənizçilər”in çalışdırıcısı 3:1 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Çox sürətli və maraqlı oyun izlədik. Bəlkə də burada olduğum müddətdə ən yaxşı oyunumuz idi. Rəqibi nəzərə alsaq, belə bir nəticə qazanmaq asan deyil. Futbolçularımla fəxr edirəm. Matçdan öncə hamısına bildirmişdim ki, inanmaq lazımdır. Diqqətli oynayanda istənilən rəqibə qarşı mübarizə apara bilirik. Problemlər görünürdü. Heyətimizi formalaşdırmağa çalışırıq. Bu gün də sistemdə dəyişikliklər edirik. Qurban Qurbanovu təbrik edirəm. Ölkənin ən fəxr olunası mütəxəssisidir. İnanırıq ki, avrokuboklarda yeni tarix yazacaqlar.
 
Hər iki hissədə yaxşı çıxış etdik. Hesabın 3:1 olması əbəs deyil. Amma rahatlaşmaq olmaz. Bu, bizə problem yarada bilər. Növbəti oyunumuz "Sumqayıt"a qarşıdır. Bərpa üçün vaxtımız az olsa da, hazırlaşmalıyıq.
 
Rəqibin vurduğu qol epizodunda Kamran Ağayevin səhvi? Onun meydana qayıtması böyük hadisədir. Buraxdığı səhvlərə səbr etməyə çalışırıq. Çünki inamımız böyükdür. Təcrübəli qapıçıdır. Ondan çox şey gözləyirik. Gənclərə nümunə olmasını istəyirik. Klub üçün önəmli simadır. Buraxılan qola gəlincə, topu qapının üstündən atmaq istədi. Küləyin də təsiri oldu. Amma sevindirici haldır ki, bundan sonra sınmadı. Hər şey düşündüyümüz kimi alındı. Hesab 2:1 olanda həyəcan yaşadıq. Ümumi götürsək, Kamran bu gün ən yaxşı oyunlarından birini keçirdi.
 
Rahid Əmirquliyevin əvəzlənməsinə gəlincə, Abdullah Zubirin meydana çıxmasından sonra rəqibin hücumlarının kəsəri artdı. Düşündük ki, cinahda daha gümrah futbolçuya ehtiyac var. Ona görə də dəyişiklik etdik.
 
Qələbə hər zaman xoşdur. Heç vaxt özümü hansısa baş məşqçini məğlub etmiş mütəxəssis kimi qələmə vermək istəmərəm. Xüsusilə də Qurban müəllim üzərində. Onun qələbələri Azərbaycan futbolu üçün tarixdir.
 
Klubdakı maaş problemi həllini tapıb. Bunun qələbədə rolu ola bilər. Motivasiya baxımından önəmlidir. Sağ olsun rəhbərlik, çox gecikdirmədi, maaşları verdi. Bu, daimi gecikmə olmayacaq. Sadəcə, mövsümün əvvəlidir, sənədləşmələrdə problem yaşanır. Problem var idi. Amma bu, boykot deyildi. Rəhbərlik problemin həllini sürətləndirdi. Hər kəsin məvacibi ödənilib. Ümid edirik ki, növbəti aylarda olmaz. Bütün borcların ödənildiyini bilmirəm.
 
“Səbail"in də imkanlarının digər komandalarla eyni olmasını istərdik. Amma bu, bizdən asılı məsələ deyil. Buna rəhbərlik qərar verir. Mən heç vaxt həvəsdən düşmürəm. "Səbail"in Premyer Liqada mənə ilk qapı açan klub olduğunu nəzərə alsaq, buradan öz xoşumla getmək fikrində deyiləm. Bu klub mənim üçün çox doğmalaşıb. Çatışmazlıqlarımız var. Hücumçusuz oynayırıq. Rauf Əliyev oynasaydı, bəlkə də hücumda daha effektli ola bilərdik. Heyətimizin güclü olmasını, yuxarı yerlər uğrunda mübarizə aparmağı istərdik. Əlimizdən gələni edəcəyik. Ardıcıl 4 məğlubiyyətdən sonra aşkar autsayder olacağımızı düşünənlər oldu. Amma təslim olmayacağıq. Bu oyunun nəticəsinin ədalətli olduğunu düşünürəm. Oyunun içinə girsək, belə düşünmək olar. Düzdür, rəqib topa daha çox nəzarət etdi. Amma bizim epizodlarımız daha real idi. Təbii ki, buna sensasiya da demək olar. Çünki rəqibin heyətində bizim oyunçulardan qat-qat güclü futbolçular var. Sadəcə, bu gün daha yaxşı oynadıq”.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X