"Real Madrid"in yarımmüdafiəçisi Daniel Sebalyos karyerasını "Roma"da davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sport.es" yayıb.
Onun xidmətində "canavarlar"ın çalışdırıcısı Joze Mourinyu şəxsən maraqlıdır. Madrid təmsilçisinin italiyalı baş məşqçisi Karlo Ançelotti Tokio-2020-də aldığı zədədən sonra arzulanan çıxışla diqqət çəkməyən futbolçunun satılmasını istəsə, transferin bu qış reallaşmaq ehtimalı yüksəkdir.
Son iki mövsümü London "Arsenal"ında keçirən Sebalyos "Real"da 2017-ci ildən çıxış edir. Onun paytaxt klubuyla olan müqaviləsinin müddəti 2023-cü ilə qədərdir.
Nihat