20:49 31.10.2021 467

"Rəqibin üstünlük yaratmasına imkan vermədik" - Ayxan Abbasov

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində "Səbail"ə qarşı keçirdikləri oyunu dəyərləndirib. 

Fanat.Az xəbər verir ki, Abbasov, 2:0 hesabıyla qələbə qazandıqları matçdan sonra baş tutan mətbuat konfransında belə danışıb:
 
- Komandamı təbrik edirəm. Azarkeşlərə təşəkkür edirəm. Bu gün dəstəyə ehtiyacımız var idi. Çempionatın önəmli yerindəyik. Bu gün xal itirməklə rəqiblərdən uzaqlaşa bilərdik. Çempionatın sonu nə olur olsun, mən futbolçularımın arxasındayam. Burada olduğum illərdə çox ilklərə imza atmışıq. Biz ilk növbədə bunu futbolçulara borcluyuq. Çalışacağıq ki, daha yaxşı olaq. Sona qədər mübarizə aparacağıq. İnanırıq və mübarizəmizə davam edəcəyik.
 
- Səid Rza qol vurdu və azarkeşlərə gözəl jest etdi...
- Sistemdə bəzi dəyişikliklər etmişdik. Rəqibi də təbrik etməliyik. Aftandil Hacıyevin işi çox çətindir. "Səbail" "Qarabağ"ı udub, buraya gəlmişdi. Oyuna iki hücumçuyla başlamaq istədik. Rəqibin üstünlük yaratmasına imkan vermədik. Səid yeni gəlib, uyğunlaşması üçün vaxt lazımdır. Potensialı var. Mənə 100 hücumçu göndərməyiblər ki, seçim edim. İmkanlara uyğun futbolçu gətiririk. Səid qol vuraraq azarkeşləri coşdurdu.
 
- İki hücumçuyla oynamağa davam edəcəksiz?
- Ötən il də bu sistemlə oynadığımız oyunlar olub. Bilirsiz ki, çempionatda az qol vuran komandalardanıq. Bundan əlavə, bu gün mütləq 3 xal qazanmalıydıq. İstəyirdim ki, iki hücumçuyla rəqibin müdafiəsini təzyiq altında saxlayaq. 
 
- Bu gün qapıda Aydın Bayramova yox, Tərlan Əhmədliyə şans vermişdiz. Bu, nəylə bağlıydı? 
- Tərlana şans verməyi düşünürdüm. Aydın gənc qapıçı idi, milliyə düşdü. O, o qədər əziyyətlə bura çatıb ki... Mənim Aydına inamım 100 faizdir. Hərdən istirahət etməli, rəqabəti hiss etməlidir. Tərlana da güvənirəm. Futbolçularım milliyə getsə də, oynayan oyunçu sayı azdır. Aydın yığmaya çağırılsa da, oynamır. Bu, bizə çətinlik yaradır. Bəzi mövqelər var ki, rotasiya edə bilmirik. Bu gün Vurğun da uzun müddətdən sonra matça çıxdı. Roman Hüseynov da həmçinin. Hərdən "Sumqayıt" haqda danışanda cəmi 2-3 futbolçudan söz açılır. Amma digər futbolçular da var. İnanıram ki, Tərlan da milli komandaya düşəcək.
 
- "Qarabağ"la oyunda hansı dəyişikliklərə əl atacaqsız?

- "Qarabağ" indi daha güclüdür. Səhv etmirəmsə, çempionatın 5-6 turunda ehtiyat qüvvəylə oynayıb. Onlar yaxşı formadadırlar. Biz oyuna hazırlaşacağıq. Rəqibi təhlil edəcəyik. Bizdə də itkilər var. Elvin Bədəlov üçün mövsüm bitib. Murad Xaçayevə ağır cəza verilib. Təhqir etmək 4 oyundur, toxunmaq 5. Bununla bağlı şikayət etmişik. Bizə düşən odur ki, çalışaq. İnşallah, yaxşı olacaq.
 
- Hakimlikdən razı qaldız?

- Mən hər zaman olanı deyirəm. Bəzi şeylər var ki, yəqin onu qəbul etmirlər. Hakim xoşuma gəldi, imkan verdi ki, oynayaq. Qırmızı vərəqə epizoduna baxmaq lazımdır. Səhvlər ola bilər. Belə cavan hakimlər səhv etsələr, başa düşmək olar. Amma təcrübəli hakimlərin səhvlərini adam qəbul edə bilmir. Gəlib hakimlərə baxsınlar, alınmırsa sənədlərini verib göndərsinlər. Mən kimisə təhqir etmirəm. Vallah, mən də qocalanda getməyimlə bağlı məsləhət versələr, gedərəm.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X