20:47 08.11.2021 607

"Mükafatımın əyarı qızıl da ola bilərdi"

Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında bürünc medal qazanmış Azərbaycan boksçusu Sərxan Əliyev federasiyanın rəsmi saytına açıqlama verib. 

Fanat.Az xəbər verir ki, 71 kq çəki dərəcəsində mübarizə aparan idmançımız yarışla bağlı təəssüratlarının yaxşı olduğunu deyib: 
 
“Dünya çempionatına komandamız yaxşı hazırlaşmışdı. Hər birimiz özümüzə inanırdıq. Məhz bu inamın nəticəsində komanda hesabında 6-cı yeri tutduq. Bu, çox böyük nailiyyətdir. Mən də yeni çəkidə mübarizə aparırdım və özümə güvənirdim. Bunun da nəticəsini gördüm. Böyüklər arasında qatıldığım ilk dünya çempionatında bürünc medala sahib oldum. Mükafatımın əyarı qızıl da ola bilərdi. Kiçik səhvlər nəticəsində belə alındı. Amma bundan sonrakı yarışlarda daha yaxşı olacağına inanıram. Yarımfinaldakı məğlubiyyətimə gəlincə, hər şey mən istəyən kimi gedirdi. Düzgün taktika da seçmişdim. Amma bir az yoruldum, dözümlülük çatmadı. O da məşqlərlə aradan qaldırılası bir şeydir. Yeni çəki mənim üçün uğurlu oldu və bunu da aradan qaldırıb inşallah, bir nömrəyə çevriləcəyəm”.
 
O, qardaşı Tayfur Əliyevlə (60 kq) eyni gündə döyüşmələrinin həyəcanlı olduğunu da açıqlayıb: “Qardaşımın döyüşü olanda öz çıxışımdan daha çox həyəcanlanıram. Bu da bir tərəfdən yaxşıdırsa, digər tərəfdən pisdir. Həyəcan çox olur. Tayfur məğlub olduqdan 3-4 döyüş sonra rinqə mən çıxacaqdım. Həmin anda çox hisslər keçirdim. Özlüyümdə dedim ki, bu əziyyətimizi yerdə qoymayacam. Heç olmasa mən nailiyyət qazanım və bunu da bacardım”.
 
Tayfur və Sərxan Əliyev qardaşlarının məşqçisi Firuz Novruzov yetirmələrinin çıxışını dəyərləndirib: “Boksçularımıza təşəkkür edirəm ki, başımızı uca etdilər. Tayfur Əliyevin dünya çempionu olması üçün daha yaxşı şansları vardı. Qardaşı Sərxan da buna yaxın idi. Tayfur 1/8 final döyüşünün ikinci və üçüncü raundunda taktikasını bir az dəyişməli, hücumda işləməli idi. Sərxan isə bir az yoruldu. Yarımfinalın ikinci raundunda Zaxariyev bu səbəbdən onu üstələyə bildi. Amma Sərxanın bürünc medal qazanması Azərbaycan boksu üçün böyük uğurdur. Çünki finalda döyüşən Rusiya təmsilçisini belə, asan keçə bilərdi. Artıq Sərxan dünya reytinqində də mövqeyini yüksəltdi. Təbii ki, Azərbaycanda da öz çəkisində bir nömrəyə çevirildi”.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

03 Avqust 2026
12:36

"Real Madrid"in qapıçısı "Sevilya" ilə anlaşdı

12:18

Ehtiram Quliyev Əziz Yıldırımla görüşdü - "Turan Tovuz" - "Fənərbağça" matçı müzakirə olundu

12:00

"Yuventus" PSJ-nin ulduzunu rənglərinə bağladı - Bu məbləğə

11:41

"Milan" "Fənərbağça"nın bu təklifini rədd etdi

11:22

Okan Buruk "Qalatasaray"lıların "ürəyinə su səpdi": "Onlara bunu vəd edirəm"

11:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:44

Hakimlər Komitəsinin iclası keçirildi, Premyer Liqa hakimlərinin siyahısı açıqlandı

10:27

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:09

Darvin Nunyes "Beşiktaş" ilə anlaşdı - SON DURUM

09:48

"Sabahın Ulduzları": U-15 yaş qrupunda 1-ci tura yekun vuruldu

09:25

Konfrans Liqası: "Qarabağ" "Dinamo Kiyev" səddini keçsə...

09:00

Çempionlar Liqası: "Sabah"ın pley-off mərhələsindəki rəqibi müəyyənləşir - PÜŞKATMA

02:14

"Qarabağ" Pakistan futbolunun ulduzunu transfer etdi

01:00

"Qəbələ" Qətər klubunu məğlub etdi

00:35

"Qalatasaray" məğlubiyyətdən son dəqiqələrdə xilas oldu

02 Avqust 2026
23:54

"Qarabağ" və "Sabah"dan gözlənilməz addım: İngiltərədən kim gəlir?

22:46

"Liverpul" yetirməsini geri qaytarır

22:11

İtaliyalı stoper üçün Premyer Liqada "müharibə"

21:39

Mahir Emreli fərqləndi, baş məşqçi əvəzlədi: "Rakuv" 2 qolla cəzalandı

21:11

Pedri üçün 90 milyon avro

20:38

ÇSKA ilə matçda zədələnən Savonun durumu bilindi

20:07

Canni İnfantino haqqında şok iddia

19:32

"Atletik Bilbao"dan "Barselona"ya sərt cavab

19:09

Ronaldu evləncəyi tarixi açıqladı

18:51

Millimiz Avropa çempionatını 16-cı pillədə başa vurub

18:12

Həvəskar velosipedçilər arasında Federasiya Kuboku yarışı keçirilib

17:53

Mourinyu "Real Madrid"ə qayıtdıqdan sonrakı ilk oyununu şərh etdi

17:15

"Qəbələ" braziliyalı qapıçı ilə gücləndi

16:39

Mançester nəhəngi onun üçün hərəkətə keçir

16:01

"Roma" yeni müdafiçənin keçidini açıqladı

15:41

"Qarabağ”ın "Dinamo Kiyev"lə oyununa biletlər satışa çıxarıldı

15:19

"Kəpəz"in yeni fanklubu olacaq - FOTO

14:40

"Sabahın Ulduzları" start götürdü - Fotolar/Nəticələr

14:22

Azərbaycanlı məşqçi dünyasını dəyişdi

13:44

Viktor Osimhen İngiltərəyə gedir?

13:16

Dünya Seriyası: "Neftçi SOCAR" mübarizəni 1/4-də dayandırdı

12:50

"Qalatasaray" yeni yarımmüdafiəçi ilə anlaşdı

11:43

Azərbaycan millisi Niderlandla qarşılaşır

11:17

"Real Madrid" "Fiorentina" ilə bacarmadı

10:40

PSJ yapon ulduzu "Yuventus"un əlindən aldı

Facebookdan bizi izləməyi unutmayın.
X