15:10 12.11.2021 1839

De Byazini kim əvəz etməlidir? - SORĞU

Futbol üzrə Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində çıxışını başa vurub.

2 gün sonra Qətərlə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq millimiz italiyalı baş məşqçi Canni De Byazinin rəhbərliyi altında son matçını keçirəcək. Böyük ehtimalla, AFFA noyabrın sonunda müqaviləsi başa çatacaq italiyalı ilə vidalaşacaq. 

De Byazini kim əvəzləməlidir: yerli, yoxsa yenə əcnəbi mütəxəssis? 
 
Fanat.Az bununla bağlı idman jurnalistlərindən bir neçəsinin fikirlərini öyrənib. 

Siyavuş Əliyev ("İdman TV"nin şərhçisi): "Birmənalı olaraq, "yerli" deyirəm. Guya indiyə qədər əcnəbi mütəxəssislərə güvənməklə nə əldə etmişik? Dəyişən bir şey yoxdur. Bir halda ki, nəticə etibarilə əcnəbi və yerli məşqçinin işində fərq yoxdur, qoy elə özümüzünkülər işləsin. Konkret namizədim də var: RƏŞAD SADIQOV. Gəncdir, ambisiyalıdır, millinin yükünü çəkə biləcək xarizmaya sahibdir. Onu baş məşqçi postuna təyin edib güvənmək, vaxt vermək lazımdır".    

Araz Əhmədov ("Sportfm.az" saytının baş redaktoru): "Uzun illərdi bərbad idarəçilik nəticəsində tənəzzülə uğramaqda davam edən Azərbaycan futbolunun millinin qazanacağı uğurlu nəticə sayəsində (ortada belə bir nəticədə yoxdu) dirçəlişə keçəcəyini güman edənlər çoxdu. Belələri hansısa matçda təsadüfən qalib gələndə ürəkdən sevinənlərdi. Dostlar, qardaşlar, Azərbaycan adlı məmləkətdə futbol ölüb, öldürülüb. Bunu görmək üçün paytaxtda, bölgələrdə təşkil edilən uşaq liqalarına baxın, yolunuzu sintetik örtüyü asfalta dönən köhnə “Neftçibaza”dan, “Şəfa”nın 4-cü meydançasından, "Tofiq Bəhramov"da köhnə tablonun arxasındakı stadionlardan salın. Bu ölkə futbolunun yükü illərdi sənəddə adı akademiya olan (“Qəbələ” istisna olmaqla), uşaqları əlində bir manatlıq dönər yeyə-yeyə məşqə gələn, balasına yol pulu tapmayan valideynlərin çiynində daşınır. Valideyn peşəkar futbolçu və yaxud idmançı yetişdirə bilməz. Necəki yetişdirə bilmirik. Arada dağılan (dağıdılan) “Bakı” akademiyası bu yükün altına girsə də, tab gətirə bilmədi. 

Hazırda milli komandaya xarici mütəxəssisin dəvət edilməsi mənasız addımdı. Guya yeni gələn məşqçi bu futbolçularla nə edəcək? Yerli, gənc mütəxəssislərdən birinə şans verərək uzun illər mane olmadan gözləmək lazımdı. Varmı belə mütəxəssis? Əlbəttə var. Elə götürək Elmar Baxşıyevi. Bu gənc mütəxəssis “Qəbələ”dəki işi ilə sübut edirki o yerli, üstəlik gənc futbolçularla işləməyi yaxşı bacarır. Şans verilsin, hərtərəfli dəstək olunsun, görün bir neçə ilə necə bəhrəsini görəcəyik".

Kənan Məstəliyev ("Rekord.az" saytının baş redaktoru): "Milli komandanın başında yerli məşqçi işləməlidi. 8 komandalı elitası, 5 komandalı I Divizionu, cəmi 40-50 futbolçu hovuzu olan ölkəyə əcnəbi məşqçi gərək deyil. Əlavə və boş xərcdi. Tellur Mütəllimovun futbol meydanın karate ilə, Adil Nağıyevin voleybolla məşğul olmasının qarşısını almaq üçün De Byaziyə 1 milyon maaş verməyə ehtiyac yoxdu. Zatən bura gələn məşqçi güclü də olmayacaq. Özünə hörmət edənlər bura gəlmir, gələnlər də yetərli səviyyədə deyil və ikiqat, üçqat, hətta 10 qat maaşa gəlirlər. Nəticə də heç nə. Yerli məşqçi isə psixologiyanı da, ab-havanı da bilir, necə ünsiyyət qurmaq, kimə-nəyi deməyin lazım olduğundan xəbərdardı. Üstəlik, hazırda elə yerli məşqçilərimiz var ki, xeyli əcnəbidən üstündülər, işləriylə də bunu sübut ediblər. Rəşad Sadıqov, Ayxan Abbasov, Samir Abasov, Aftandil Hacıyev, Elmar Baxşıyev rahatlıqla De Byazidən daha yaxşı nəticə qazana bilərdi. Hətta deyərdim 1 xal qazanmaq üçün heç məşqçiyə də ehtiyac yoxdu. Elə mən özüm paltardəyişmə otağına girib "uşaqlar, çıxın öz futbolunuzu oynayın" desəydim, azı 2 xal varımız idi".

Mirağa Mirzəyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

17:04

Mudrikin "Barselona" formasında paylaşımı gündəm oldu - FOTO

16:49

AFFA prezidenti Möllerlə görüşdü

16:31

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcəklər

16:13

"Siti" bu ölkənin indiyədək gördüyü ən yaxşı Premyer Liqa komandasıdır"

15:42

"Məşqçilər VAR-a baxılmasını tələb edə biləcəklər" - Canni İnfantino

15:24

"Danışıq apardıq, amma..." - Tuxel son nöqtəni qoydu

15:05

Azərbaycanın 2 boksçusu Rusiyada finala yüksəldi

14:49

Birinci Liqada mükafatlandırma mərasiminin vaxtı bilindi

14:36

PFL Azərbaycan çempionlarına veriləcək yeni kubok və medalları təqdim etdi - VİDEO

14:30

Robin Van Persi Erediviziya klubunu çalışdıracaq - RƏSMİ

14:12

Rəşad Sadıqov "Kəpəz"ə qarşı yalnız onu oynada bilməyəcək

13:56

Matip "Liverpul"dan gedir - RƏSMİ

13:38

BOK rus jurnalistlərə də qadağa qoydu

13:20

Alkantara Premyer Liqa nəhəngindən ayrıldı - Yeni klubu da bilinir

13:02

Qasperini "Atalanta"dan getməyə yaxındır - Danışıqlar başladı

12:44

"Mənim ən böyük motivasiyam..." - Ronaldu açıqladı

12:29

“Misli.az ilə Avropaya” – İlk tirajın nəticələri

12:28

XXXIV turun təyinatları açıqlandı

12:18

"Saatlı camaatına qələbə yaraşır" - "Araz Saatlı"nın baş məşqçisi 

12:00

Azərbaycan millisi 3-cü səbətdə

11:42

Naço "Real"ı İtaliya nəhənginə dəyişə bilər

11:05

Azərbaycanın 2 boksçusu finalda

10:46

Xavi üçün yubiley: Qvardiola ilə Enrikedən geri qaldı

10:27

Təbriz klubunu yarımfinala buraxmadılar

10:05

AFFA prezidenti Çeferinlə görüşdü

09:48

"Yurqorden"dən darmadağın - Musa hanı?

09:24

Şeydayevlə İsgəndərlinin Super Liqa arzusu "suya düşdü"

02:10

"Barselona" 2 qolla ikinci pillədə möhkəmləndi

16 May 2024
20:30

41 ildən sonra ÇL-ə çıxan klub PSJ-nin oyunçusu ilə güclənir

Facebookdan bizi izləməyi unutmayın.
X