Dekabrın 15-də Serbiyanın Loznitsa şəhərində boks üzrə beynəlxalq turnir start götürəcək.
Fanat.Az xəbər verir ki, 4 gün davam edəcək yarışda Azərbaycan yığması 1 idmançı ilə təmsil olunacaq.
Millimizin üzvlərindən Mirşərif Kazımzadə rinqə çıxacaq. O, 75 kq çəki dərəcəsində gücünü yoxlayacaq.
Qeyd edək ki, yarışda püşkatma dekabrın 14-də baş tutacaq.
Sahib