14:26 13.12.2021 625

Millimizin qapıçısı: "Onlardan bir addım öndəyik"

Avropa çempionatının final mərhələsinə hazırlıq məqsədi ilə dekabrın 18-də və 19-da Ukrayna yığması ilə yoldaşlıq oyunları keçirəcək Azərbaycan millisi dünəndən təlim-məşq toplanışına başlayıb. 

Fanat.Az xəbər verir ki, millinin təcrübəli qapıçısı Rövşən Hüseynli azfutzal.az-a açıqlama verərək hazırlığı dəyərləndirib:

“Dünən ilk məşqimizi keçirdik. Hazırlığı hələ tam heyətlə həyata keçirə bilmirik. Ölkə xaricində çıxış edən futzalçılarımız sabah komandaya qoşulacaqlar. Əlbəttə, həm təlim-məşq toplanışı, həm də keçirəcəyimiz yoldaşlıq oyunları Avropa çempionatının final mərhələsinə hazırlıq məqsədi daşıyır. Ukrayna ilə iki matçda üz-üzə gələcəyik. Hazırkı heyətimizlə bağlı sevindirici məqam iki gənc futzalçının bizə qoşulmasıdır. Söhbət Nurlan Mehdizadə və U-19-un üzvü Xəzər Ağalızadədən gedir. Hər ikisi perspektivli gənclərdir.

İlk məşqimiz intensiv keçdi. Fiziki hazırlığa daha çox yer verildi. Ukrayna ilə oyunlarda hesab önəmli olmayacaq. Vacib olan zəif tərəflərimizi təsbit etmək, “axsadığımız” cəhətləri rəsmi oyunlara qədər aradan qaldırmaqdır. Yeri gəlmişkən, Ukrayna millisinin heyətində bizə tanış simalar da var. Oktyabrda Çempionlar Liqasının əsas mərhələsində “Uraqan”la qarşılaşdıq ki, bu komandanın 3 üzvü hazırda ölkəsinin millisinin heyətinə cəlb olunub. Rəqibimiz güclü komandadır, AÇ-nin final mərhələsinin daimi üzvlərindəndir.

AÇ-nin final mərhələsinin qrup oyunlarında qarşılaşacağımız rəqiblər məlumdur. İspaniya dəfələrlə Avropa, dünya çempionu olub. Bu komandanın gücü, heyəti hər kəsə məlumdur. Gürcüstan və Bosniya və Herseqovina haqda da məlumat öyrənirik. Təcrübə baxımından biz onlardan bir addım öndəyik. Çünki bu iki komanda AÇ-nin final mərhələsində debüt edəcək. Gürcüstan Fransa kimi final mərhələsində oynamağa iddialı bir komandanı qrupda saxlayaraq vəsiqəni özləri qazanmağı bacardılar. Bosniya və Herseqovina isə təcrübəli Serbiyanı üstələyib. Bu komanda ilə bir neçə il əvvəl Bakıda üz-üzə gəlmişdik və qələbə qazanmışdıq. Bu ümumi dəyərləndirmə idi. Qarşıda 1 aydan artıq vaxt var və bu müddətdə - həm zədə baxımından, həm də dünyanı ağuşuna alan koronavirusla bağlı çox şey dəyişə bilər. Hazırlıq müddətində diqqətli olmalıyıq”.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

30 Avqust 2026
16:39

"Xankəndi" yarımmüdafiəçini heyətinə qatdı

16:21

Mourinyu "Qızıl top"un favoritlərini açıqladı

15:51

Kanada millisinin hücumçusu İspaniya nəhənginə keçə bilər

15:13

Portuqaliyalı ulduz "Qalatasaray"da -RƏSMİ

14:47

"Fənərbağça"dan ayrılan Amrabatın yeni klubu müəyyənləşdi

14:12

"Çelsi" argentinalı qapıçını transfer etdi

13:54

"Mançester Siti" niderlandlı vingerə 100 milyon avro verir

13:36

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:01

"Neftçi SOCAR" yarımfinalda uduzdu

12:34

"Qarabağ"da yeni braziliyalı - RƏSMİ

12:09

Messi şou göstərib Jairi haqladı

11:50

"Qalatasaray"ın gənc qapıçısı debütünü və qələbəni belə dəyərləndirdi

11:09

Fidanla Vüsalənin yeni klubu müəyyənləşdi

10:42

Günün oyunları bu kanallarda - AFİŞA

10:18

MPL: "Kəpəz" "Turan Tovuz"u, "Zirə" "Neftçi"ni qəbul edir

09:37

Hələ "Krasnodar" kimisi olmamışdı - Musayevin komandası rekordu yenilədi

09:00

"Sabah"ın baş məşqçisi qarşıdakı matçda yalnız bu futbolçunu oynada bilməyəcək

01:59

Premyer Liqa: "Nyukasl" səfərdən 3 xalla dönür

01:58

La Liqa: "Real Betis" darmadağına uğradı

01:33

A Seriyası: "Yuventus" "Parma"nı məğlub etdi

01:22

Liqa 1: "Lion" "Havr"la bacarmadı

00:49

Bundesliqa: "Sabah"ın rəqibi inamlı qələbəyə sevindi

29 Avqust 2026
23:42

Zaur Həşimov "İmişli" ilə matçdan sonra nə danışdı?

23:27

Fərid Namazov "Şəfa" üzərində qələbəni belə şərh etdi

22:58

Kamilo Duran dayanmaq bilmir

22:31

Komandası səfərdə 3 xal qazandı, Toral isə...

22:07

MPL: Qəbələdə qol səsi çıxmadı, "İmişli"yə 1 qol bəs etdi

21:58

"İstədiyimiz oyuna daha yaxın futbol nümayiş etdirdik" - Kaxaber Tsxadadze

21:26

"Futbolçularımdan razıyam" - Azər Bağırov

20:44

Tanınmış jurnalist “Kəpəz”də mühüm vəzifəyə təyin olundu

20:24

"Real Madrid"dən 3 milyonluq həmlə

19:48

"Benfika" "Əl-İttihad"ın 16 milyonluq təklifini rədd etdi

19:18

Frank Kesye yenidən İtaliyada

18:55

"Trabzonspor" "Milan"ın ulduzu üçün hərəkətə keçdi

18:14

"Çelsi" gənc istedadı icarəyə göndərir

17:44

"Çelsi"nin ulduzu "Mançester Siti"yə gedir

17:15

"Beşiktaş" "Yuventus"un oyunçusu ilə gücləndi - RƏSMİ

16:48

Xulian Alvares evinə qayıdır?

16:17

Bredli Barkola "Liverpul"a keçir – 145 milyon avroluq anlaşma

15:40

İtaliya klubu futbolçusundan FİFA-ya şikayət etdi

Facebookdan bizi izləməyi unutmayın.
X