Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AIBA) adı dəyişdirilib.
Fanat.Az xəbər verir ki, bu barədə qərarı qurumun onlayn şəkildə təşkil olunan növbədənkənar konqresi qəbul edib.
Uzun illər AIBA kimi fəaliyyət göstərən təşkilat bundan sonra IBA (Beynəlxalq Boks Assosiasiyası) kimi tanınacaq.
Həmçinin qurumun konqreslərinin hər il təşkil olunması qərara alınıb.