
Azərbaycan milli komandasının hücumçusu Rüfət Dadaşov “Instagram” hesabında “Şalke”nin əsas heyətində debüt etməsiylə bağlı paylaşım edib.
Fanat.Az xəbər verir ki, Dadaşov Helzenkirhen klubunun əsas komandasındakı debütü haqda bunları yazıb:
“Son günlərdə yaşadıqlarım sadəcə inanılmazdır. 30 yaşında 2-ci Bundesliqada debüt etmək şansı qazanmaq, özü də “Şalke” kimi möhtəşəm klubda bunu etmək sadəcə inanılmazdır. Bunu mənim üçün mümkün edən hər kəsə təşəkkürümü bildirmək istəyirəm. Həmçinin U-23-ün heyətindəki komanda yoldaşlarıma da minnətdaram. Xəyallarınızı yaşayın, özünüzə inanın və onlar üçün mübarizə aparın!”
Dadaşov 2-ci Bundesliqanın 16-cı turunda “Sankt-Pauli” və 17-ci turunda “Nürnberq”lə oyunlarda meydana çıxıb.