PFL-in rəsmi saytında "Premyer Liqada favoritiniz hansıdır?" sualı ilə azarkeşlər arasında sorğu keçirir.
Maraqlıdır ki, turnir cədvəlində autsayder olan "Səbail" səsvermədə ilk pillədə qərarlaşıb.
Belə ki, 10 396 nəfərin iştirak etdiyi sorğuda paytaxt klubu 2878 (28%) səslə liderdir. İkinci yerdə 2566 səslə (25%) "Neftçi", 2488 səs toplayan (24%) "Qarabağ" isə üçüncüdür.
Fanat.Az sorğunun nəticəsini təqdim edir:
Emin