
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin Polşada klubunu dəyişmək şansı yaranıb.
Fanat.Az Polşanın “Interia Sport” nəşrinə istinadən xəbər verir ki, “Legiya”nın forvardı Ekstraklassanın digər təmsilçisi "Visla"nın transfer siyahısındadır.
Söhbət Krakov “Visla”sından gedir. Qış fasiləsində bəzi oyunçularını satacaq “Visla” “Legiya”nın üç futbolçusuna göz dikib. Krakov təmsilçisi Emreli ilə yanaşı, Yoel Əbu Hanna və Mayk Navrotskini də heyətinə cəlb etmək niyyətindədir. Hər üç futbolçu ilə danışıqlara start verildiyi bildirilir.
Qeyd edək ki, 14 dəfə Polşa çempionu olmuş “Visla” hazırda 21 xalla 13-cü pillədə qərarlaşıb.