19:18 31.12.2021 1042

Pələng və idman - Rəmzlər, əfsanələr, "zolaqlı" DÇ-lər

Şərq təqvimi yalnız şərqin qapısı sayılan Azərbaycanda deyil, dünyanın hər yerində insanların diqqətini çəkir. Dinindən, irqindən, milli mənsubiyyətindən asılı olmayaraq, bu mövzu qoca planetin şüurlu varlıqlarının böyük əksəriyyətini maraqlandırır. Qarşıdan gələn 2022-ci il Pələng ilidir.  Güclü, cəsarətli, çevik və yaraşıqlı pələngin idmana nə dərəcədə bağlı olduğuna baxaq.

Pələngli DÇ-lər

Qarşıdakı ildə futbolsevərlərin ürəyi Qətərdə döyünəcək. Növbəti dünya birinciliyində hansı yığmanın qalib olacağını zaman göstərəcək. Bilinən budur ki, indiyədək Pələng ilinə yeddi DÇ təsadüf edib. 1938-də İtaliya, 1950-də Uruqvay, 1962-də Braziliya, 1974-də Almaniya (AFR), 1986-da Argentina, 1998-də Fransa, 2010-cu ildə isə İspaniya dünya çempionu olub.  Son iki qalibin – Fransa və İspaniyanın ilk dünya çempionluğu məhz Pələng ilində baş tutub. Üstəlik, İspanlar Azvropada keçirilməyən nüfuzlu turnirdə - CAR-dakı mundialda belə uğura imza atan yeganə Avropa millisi kimi tarixə düşüb. Maraqlıdır, Yeni ildə yeni dünya çempionu görəcəyikmi?

Pələngi rəmzə çevirənlər

Pələng güclü, yaraşıqlı, cəsarətli, belə desək, hörmətəlayiq yırtıcıdır. Pişikkimilər fəsiləsinin ən böyük nümayəndəsini yaşadığı arealdan kənarda da özünə simgə elan edənlər var. Məsələn, “yeni dünya”da – Amerika qitəsində pələng yaşamayıb. İstər Cənubi Amerika materiki olsun, istərsə də Şimali Amerika... Təbiət bu qitənin quzeyinə pumanın, güneyinə yaquarın timsalında nəhəng pişiklər bəxş edib. Hərçənd okeanın o tayında da pələngsevərlər, ona tanıdığı andan vurulanlar az deyil. Məsələn, həm Meksikada, həm də Argentinada “Tiqres” adlı futbol klubları var.

ABŞ-ın əsas beysbol liqasında (MLB) mübarizə aparan “Detroyt Tayqers” olduqca məşhurdur. Sözügdən ölkənin elit amerikan futbolu liqasında isə “Tsintsinnati Benqals” rəqiblərini “ovlamağa” çalışır.

Avropada məntiqlə, belələri daha çox olmalıdır. Əslində həvəskar və yarımhəvəskarlar arasında zolaqlı varlığın hüsnündən riqqətə gələnlər onlarladır. Nədənsə ən məşhur nümunə olaraq yaxın keçmişdə İngiltərə Premyer Liqasında da oynamaq imkanı qazanmış “Hall Siti” yada düşür. Bu komandaya geyim dəstinin rənginə görə “pələnglər” ləqəbi verilmişdi.

2020-ci ilin 1 aprel tarixindən peşəkar fəaliyyətinə son qoyduğunu açıqlayan Vladivostok “Luç”unun emblemində Tayqanın kralının – Amur pələnginin şəkli var idi.

İkiayaqlı pələnglər

ABŞ qolfçusu Tayqer Vuds dünyanın ilk milyarder idmançısıdır. Vuds Pələng ilində doğulmasa da, 46 yaşlı qolfçunun valideynlərinin verdiyi bu gözəl ad razılaşaq ki, ona çox yaraşır. 

Hə, SSRİ dönəmi ilə maraqlananlar yəqin ki, daha çox Moskva “Dinamo”sundakı çıxışı ilə könüllərdə taxt quran “pələng”i – rus qapıçı Aleksey Xomiçi də xatırlayar. SSRİ mənbələrinə inansaq, ona bu ləqəbi britaniyalı jurnalistlər veribmiş. 1945-ci ildə Britaniyaya səfər edən və krallığı təmsil edən 4 futbol klubu ilə yoldaşlıq oyunlarında uduzmayan “Dinamo”nun qolkiperi yerli publikanın rəğbətini qazanıbmış. 
Pələng ilində doğulan əfsanələr

1926

Alfredo di Stefano – “Real Madrid”in forvardı. Çempionlar Kubokunun beşqat qalibi (1956, 1957,1958,1959,1960). Argentina, Kolumbiya və İspaniya yığmalarında adından söz etdirmiş di Stefano iki dəfə “Qızıl top”a da layiq görülüb (1957, 1959).

Kote Maxaradze – idman şərhçisi və aktyor. Gürcü şərhçinin səsini bütün azarkeşlər tanıyırdı. Onun şərhlər zamanı işlətdiyi ifadələr isə belə desək, sovetlər dönəmində dillərdə dastan idi.

Laslo Papp – boksçu. Macar idmançı boks tarixinin ilk üçqat olimpiya çempionudur. O bu uğura 1948, 1952 və 1956-cı illərdə imza atıb.

1938

Leonid Jabotinski – sovet ağırlıqqaldıranı. İkiqat olimpiya çempionu (1964,1968) olan Jabotinski dəfələrlə Avropa və SSRİ birinciliklərində fəxri kürsünün ən üst pilləsində dayanıb.

Ted Terner – amerikalı yaxtaçı. Bu idman növündə Dünya Kubokunu qazanan milyonçu Terner həm də telemaqnat idi. Onun 1986-cı ildə təşkil etdiyi Xoşməramlı Oyunlar turniri əzəmətinə görə yalnız Olimpiadalarla müqayisə oluna bilər.

1950

Visente del Boske – məşqçi. Meşəbəyi, Bığlı kimi ləqəbləri olan del Boskenin klublarda qazandığı uğurları bir kənara qoysaq belə, İspaniya ilə CAR-da keçirilən mundialın (2010) qalibi olması, iki sonra isə “buğalar”la Avropa çempionluğuna imza atması yetərincə cəlbedici faktlardır. Maraqlıdır ki, Pələng ilində doğulan mütəxəssis dünya çempionu tituluna da Pələng ilində yiyələnib.

1962

Ruud Qullit – futbolçu, “Milan”ın və Niderland millisinin uldzu. 1987-ci ildə “Qızıl top”u qazanan Qullit Çempionlar Kubokunu 1989 və 1990-cı illərdə başı üzərinə qaldırıb. O, milyonların kumiridir.

Evander Holifild – boksçu. Mayk Taysonu qulağını dişləməyə məcbur edən Holifildin titullarını saymağa belə, ehtiyac yoxdur. Onu kim tanımır ki...  

1974

Alessandro del Pyero – “Yuventus”un və İtaliya millisinin ulduzu. 2006-cı ildə dünya çempionu olan del Pyero “Yuventus” tarixinin ən yaxşı bombardiridir.

1986

Rafael Nadal – tennisçi. “Böyük dəbilqə” turnirində 6 dəfə qələbə sevinci yaşayan Nadal 2008-ci ildə olimpiya çempionluğunu da bayram edib. Bu idman növünə könül verənlərin çoxu məhz Nadalı özünə kumir seçir.

Useyn Bolt – sprinter. Üçqat olimpiya çempionunun dünya birinciliklərində 11 dəfə bütün rəqiblərini qabaqlaması bu idman növündə yəqin ki, hələ uzun müddət dəyişməz qalacaq rekorddur. 100 metri 9,58 saniyəyə qət edən yamaykalı atlet 200 metr məsafəni 19,19 saniyəyə qaçıb ki, bu rekordları da qırmaq üçün yeni əfsanə doğulmalıdır.

Nihat

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

03 Avqust 2026
13:32

"Neftçi" Varqasın transferi üçün "Makkabi"yə nə qədər ödəyib? - Bəlli oldu

13:14

"Turan Tovuz" Türkiyədə son sınağına çıxır

12:55

“APL Fantasy”-də neçə komanda qeydiyyatdan keçib? - Açıqlama

12:36

"Real Madrid"in qapıçısı "Sevilya" ilə anlaşdı

12:18

Ehtiram Quliyev Əziz Yıldırımla görüşdü - "Turan Tovuz" - "Fənərbağça" matçı müzakirə olundu

12:00

"Yuventus" PSJ-nin ulduzunu rənglərinə bağladı - Bu məbləğə

11:41

"Milan" "Fənərbağça"nın bu təklifini rədd etdi

11:22

Okan Buruk "Qalatasaray"lıların "ürəyinə su səpdi": "Onlara bunu vəd edirəm"

11:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:44

Hakimlər Komitəsinin iclası keçirildi, Premyer Liqa hakimlərinin siyahısı açıqlandı

10:27

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:09

Darvin Nunyes "Beşiktaş" ilə anlaşdı - SON DURUM

09:48

"Sabahın Ulduzları": U-15 yaş qrupunda 1-ci tura yekun vuruldu

09:25

Konfrans Liqası: "Qarabağ" "Dinamo Kiyev" səddini keçsə...

09:00

Çempionlar Liqası: "Sabah"ın pley-off mərhələsindəki rəqibi müəyyənləşir - PÜŞKATMA

02:14

"Qarabağ" Pakistan futbolunun ulduzunu transfer etdi

01:00

"Qəbələ" Qətər klubunu məğlub etdi

00:35

"Qalatasaray" məğlubiyyətdən son dəqiqələrdə xilas oldu

02 Avqust 2026
23:54

"Qarabağ" və "Sabah"dan gözlənilməz addım: İngiltərədən kim gəlir?

22:46

"Liverpul" yetirməsini geri qaytarır

22:11

İtaliyalı stoper üçün Premyer Liqada "müharibə"

21:39

Mahir Emreli fərqləndi, baş məşqçi əvəzlədi: "Rakuv" 2 qolla cəzalandı

21:11

Pedri üçün 90 milyon avro

20:38

ÇSKA ilə matçda zədələnən Savonun durumu bilindi

20:07

Canni İnfantino haqqında şok iddia

19:32

"Atletik Bilbao"dan "Barselona"ya sərt cavab

19:09

Ronaldu evləncəyi tarixi açıqladı

18:51

Millimiz Avropa çempionatını 16-cı pillədə başa vurub

18:12

Həvəskar velosipedçilər arasında Federasiya Kuboku yarışı keçirilib

17:53

Mourinyu "Real Madrid"ə qayıtdıqdan sonrakı ilk oyununu şərh etdi

17:15

"Qəbələ" braziliyalı qapıçı ilə gücləndi

16:39

Mançester nəhəngi onun üçün hərəkətə keçir

16:01

"Roma" yeni müdafiçənin keçidini açıqladı

15:41

"Qarabağ”ın "Dinamo Kiyev"lə oyununa biletlər satışa çıxarıldı

15:19

"Kəpəz"in yeni fanklubu olacaq - FOTO

14:40

"Sabahın Ulduzları" start götürdü - Fotolar/Nəticələr

14:22

Azərbaycanlı məşqçi dünyasını dəyişdi

13:44

Viktor Osimhen İngiltərəyə gedir?

13:16

Dünya Seriyası: "Neftçi SOCAR" mübarizəni 1/4-də dayandırdı

12:50

"Qalatasaray" yeni yarımmüdafiəçi ilə anlaşdı

Facebookdan bizi izləməyi unutmayın.
X