Çexiyada "Praqa Open" şahmat festivalı davam edir.
Fanat.Az xəbər verir ki, yarışda 8-ci turun görüşləri keçirilib. Azərbaycan təmsilçisi Azər Mirzəyev tur çərçivəsində norveçli Olav Olsen Urkedal ilə üz-üzə gəlib. Şahmatçımızın qara fiqurlarla oynadığı dueldən rəqib qalib ayrılıb.
Beləliklə, turnirdə ilk dəfə məğlubiyyətlə üzləşən Mirzəyev liderliyi əldən verib. O, 6,5 xalla hazırda ikinci pillədədir. Qrossmeysterimiz bu gün baş tutacaq sonuncu - IX turda slovakiyalı Marian Jurçik ilə münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, yarışda 150 şahmatçı mübarizə aparır.
Sahib