Azərbaycan şahmatçısı Azər Mirzəyev Çexiyada keçirilən "Praqa Open" festivalının qalibi olub.
Fanat.Az xəbər verir ki, qrossmeysterimiz sonuncu - IX turda slovakiyalı Marian Jurçik ilə qarşılaşmalı olsa da, rəqib görüşə çıxmayıb. Texniki qələbə sayəsində xalını 7,5-ə çatdıran Mirzəyev bütün rəqiblərini qabaqlayaraq yarışın baş mükafatına sahib çıxıb.
Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən turnirdə 150 şahmatçı mübarizə aparıb.