16:31 26.01.2022 1125

AFFA-nin vitse-prezidenti: "Sürprizlə dolu həyatımız var"

AFFA-nin vitse-prezidenti və Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun Qaynarinfo-ya müsahibəsi

- Məşqçilər Komitəsinin qarşıdakı planları necədir?
- Əsgər Abdullayevlə Şahin Diniyev Antalyaya yollanmışdılar. Klubların fəaliyyəti ilə tanış olurdular. Oyunları izləyirdilər. Biz də Ağasəlim Mircavadovla birlikdə burada "Səbail”lə "Keşlə”nin oyunlarına baxdıq. Fəaliyyətimizi həmişəki kimi davam etdiririk. Gördüyümüzü rəhbərliyə çatdırırıq, hesabatlar hazırlayırıq. Görülən işlərə sırf peşəkar şəkildə qiymət veririk.

- Klubların oyunlarını izlədiyinizi bildirdiniz. Necə təsəvvür yaranıb?
- Məşqçilər Komitəsi olaraq Əsgər Abdullayev və Şahin Diniyevin hesabatını dinlədik. Hazırda rəhbərliyə hesabat hazırlayırıq. Bəzi məşqçilərlə görüşdülər. Komandaların əksəriyyətinin oyunlarında və məşq proseslərində iştirak etdilər. Əcnəbi statusu daşıyan məşqçilərlə ünsiyyətdə oldular, söhbətlər apardılar. Onların da fikirlərin öyrəniblər. Həmin ətrafda müzakirələr aparırıq. Biz də öz tövsiyələrimizi rəhbərliyə çatdıracağıq. 

- Klublarımız qış fasiləsində bəzi transferlər həyata keçirdilər. Onlardan hansı daha çox diqqətinizi çəkdi?
- Hazırda transferlər haqqında nəsə demək tezdir. Klublar az müddətdir ki, yeni futbolçuları heyətlərinə qatıb. Zamana ehtiyac var, ola bilər, bəzi futbolçular buna tez, ya da gec uyğunlaşsın. Əsas odur, yeni transferlər etməklə heyətlərini gücləndirirlər. Bununla da ümumi futbolumuzun səviyyəsini yüksəltməyə çalışırlar.

- Eddi İsrafilovun "Neftçi”yə transferi diqqətçəkən oldu və eyni zamanda birmənalı qarşılanmadı. Sizin fikirləriniz necədir?
- Komandanın baş məşqçisinin qərarıdır. Eddi yararlı olacaq ya yox, bunu zaman göstərəcək. Klubun transferini mənim müzakirə etməyim nə dərəcədə düzgündür? Bu, klubun siyasətidir.

- İsrafilov bildirmişdi ki, millidə də oynamaq istəyirəm. İndidən sonra onun millimizə nə dərəcədə faydası dəyə bilər?
- Atılmayan addımdan əvvəl hansısa müzakirələrə başlayırıq. İdman tərəfindən yanaşaq. O, milliyə qayıtmağa nə dərəcədə hazır olacaq? İkinci məsələ, onun oyunu baş məşqçini qane edəcəkmi? Bunu zaman göstərəcək. İndidən nəyisə müzakirə etmək düzgün olmaz. Qərarı verən baş məşqçidir. Eddi ilə bağlı De Byazi nə qərar verəcək, zamanla bunun şahidi olacağıq. Sırf mənim fikrimi bilmək istəyirsinizsə, yığmanın uğuru üçün hər bir futbolçuya şans verilir. Eddinin də belə şansı və bundan istifadə etmək imkanı var. Özü də həmişə yığmada oynamaq istədiyini deyib.

- Bir neçə gündən sonra İcraiyyə Komitəsinin hesabat konfransı olacaq. Bizi hansısa sürprizlər, yenilik gözləyir?
- Hazırda gündəlik açıqlanıb. Hər kəs məlumatlandırlıb. Hansı dəyişikliklərin gözlənilib-gözlənilmədiyini deyə bilmərəm. Çünki heç nə bilmirəm. Nə deyim ki? Sürprizlə dolu həyatımız var. Hesab edirəm ki, bizə bəlkə də sürprizdən başqa stabillik lazımdır.

- Premyer Liqada qış fasiləsinə qədər baş tutan ilk iki dövrə haqqında fikirləriniz necədir?
- Gərgin mübarizə getdi. Yeni nəsə deyə bilmərəm. "Neftçi”nin "Qarabağ”dan bu qədər uzaq düşməsi gözlənilmirdi. Sevindirici hal odur ki, "Qəbələ” öz ənənəsinə qayıdır. "Zirə” tamamilə fərqli görünür. "Sabah” dəyişməyə başlayıb. Məncə, bu hamımızı sevindirməlidir. "Səbail”in büdcəsinə görə digər komandalardan seçildiyi deyilir. Fikrimcə, bu komandada ruh düşkünlüyü hiss olunmur. Bütün komandaları qeyd etmək olar. Bu onu göstərir ki, gələcəkdə də çox maraqlı çempionatın şahidi olacağıq. Məncə, intriqa sona qədər qorunub saxlanacaq. 

- "Neftçi” ilə "Qarabağ” arasında xal fərqi çoxdur. Hələ də "Neftçi”ni çempionluğa namizəd hesab etmək mümkündür?
- Fikrimcə, "Neftçi” bu gün özünü çempionluğa namizəd hesab etmirsə, fasilədən sonra çempionata qoşulmamalıdır. İlk növbədə inam olmalıdır. "Neftçi” hər oyunda "Neftçi” olduğunu sübut etməlidir. Sona qədər iddiasını qoruyub saxlamalıdır. "Neftçi”yə yaraşan budur. Bunu başa düşməliyik. "Qarabağ”la sona qədər sərt, başabaş mübarizə aparmağı bacarmalıdır. 

- Bunun üçün heyətdə dəyişikliyə ehtiyac var?
- Öz oyun dəst-xətti olan, keçən il çempionluq yaşamış komandadır. "Neftçi”yə də bütün komandalar kimi uğurlar arzulayaq. İnanaq ki, onlar ancaq və ancaq çempionata rəqabət gətirəcək, nəticədə futbolçular inkişaf edəcək. Millimiz də bundan faydalanacaq.

- "Qarabağ” Konfrans Liqasında "Olimpik Marsel”lə qarşılaşacaq. "Olimpik Marsel”in gücü və "Qarabağ”ın şansları haqda nə düşünürsünüz?
- Rəqibin gücü nə qədər böyük olsa da, "Qarabağ”ımız var. Hansı ki, bizi ildən ilə sevindirə-sevindirə inkişafa doğru irəliləyir. Bütün rəqiblərə qarşı mübarizə aparacaq gücdədir. Bəsdir kağızda kimisə favorit göstərib, ondan çəkindik. Artıq xeyli vaxtdır, sübut edirik ki, futbol oynamağı bacarırıq. Hər bir rəqiblə mübarizə aparmaq mümkündür.
 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

21:07

KL: "Dinamo Minsk" hesabı bərabərləşdirdi - YENİLƏNİR

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

Facebookdan bizi izləməyi unutmayın.
X