“Sihirli annem” və “Selena” serialları ilə populyarlaşan aktrisa Gizem Güven futbolçu həyat yoldaşı Caner Turpdan boşanır.
Fanat.Az xəbər verir ki, bu barədə sənətçi özü "Instagram"da məlumat yayıb. O bildirib ki, bu qərarı birgə alıblar:
“Evliliyimizi bitirsək də, keçmişimizə və bir-birimizə olan sayğımız daim qalacaq”.
Qeyd edək ki, cütlük 2020-ci ildə nikah bağlamışdı.
Caner Turp hazırda Türkiyənin "Siverek Bələdiyyəspor" klubunda çıxış edir. 29 yaşlı stoper əvvəllər "Beşiktaş", "Aydınspor 1923", "Tokatspor", "Gümüşhanespor", "Bayrampaşa", "Van Böyükşəhər Bələdiyyəspor", "Çanakkale Dardanel", "Muğlaspor" və "Sinopspor" klublarında çıxış edib, Türkiyənin U-19 millisinə dəvət alıb.