13:00 15.02.2022 1159

Polşa klubunun azərbaycanlı qapıçısı: "Qayıtmaq fikrim yoxdur"

Polşada legioner həyatı yaşayan azərbaycanlı qapıçı Şahin Zəkiyevin Fanat.Az-a müsahibəsi

- İki həftə əvvəl "Sokol Slopnitse"yə keçdin. Klubda necə qarşıladılar səni?
- Mən noyabrda "Səbail"dən ayrıan kimi Polşaya gəlməliydim. Koronaya yoluxduğum üçün alınmadı. Sonra yenidən "Sokol"dan əlaqə saxlayıb yolumu gözlədiklərini bildirdilər. Nəhayət, yanvarda gəldim. Burda çox yaxşı qarşılandım. Slopnitse şəhərində futbolu sevirlər. Hər kəs komanda haqqında hər şeyi bilir. Təzə olmağıma baxmayaraq, məni də tanıyırlar, küçədə yaxınlaşıb maraqlanırlar, şəkil çəkdirirlər. Komandada da isti qarşılandım. 

- Müqavilənin şərtləri necədir?
- Hələlik mövsümün sonuna kimi kömək edəcəm. Amma sonradan müqaviləni uzada bilərik. Müqavilənin maddi tərəfini açıqlamayacam. Bu haqda danışmağı xoşlamıram. Yalnız onu deyə bilərəm ki, "Səbail"dəkindən çox qazanacam.   

- Harda qalırsan? Sənin üçün ev tutublar, yoxsa oteldə qalırsan?
- Hər bir şəraiti olan evlə təmin olunmuşam. Gündə üç dəfə yemək də klubun hesabınadır. Qaldığım yerin yaxınlığındakı restoranlarda yemək yeyirəm, hesabını klub ödəyir. Bir sözlə, təminatım yüksək səviyyədədir.

- "Sokol"u "Səbail"lə müqayisə etmək olar? Ümumiyyətlə, liqa klublarının səviyyəsi necədir?
- Büdcə baxımından "Sokol" "Səbail"dən daha yaxşıdır. Amma təbii ki, səviyyə baxımından eyni sözü demək olmaz. Komandam "Səbail-2" ilə, ümumi götürsək, Azərbaycanın I Divizion komandaları ilə müqayisə oluna bilər. Çempionata maraq isə burda daha böyükdür. Bütün komandaların oyunlarına xeyli azarkeş gəlir. Hətta yoxlama oyunlarında da dəstəkləyirlər. Bəzən 4-cü liqa komandasında çıxış etdiyimi unuduram.  

- Bəs niyə "Sokol" çempionatda autsayderlər mövqeyindədir?
- Bu sualı mən klub prezidentinə də verdim. Çünki həqiqətən heyətimiz güclüdür. Fransa və Portuqaliyadan legionerlərimiz var. Ab-hava, şərait yüksək səviyyədədir. Amma niyə aşağı pillələrdəyik, anlamıram. Klub prezidentimiz bunu bəxtsizliklə izah eləməyə çalışdı. Ancaq mövsümün hələ ilk dövrəsi geridə qalıb. Martda ikinci yarı start götürəcək. Mümkün qədər yuxarı yerlərə qalxmağa çalışacağıq. Bundan başqa, kubok oyunlarımız da olacaq. 

- Özünü göstərib daha yüksək liqa təmsilçilərinə keçməyi düşünürsən, yoxsa yayda Azərbaycana dönəcəksən?  
- Ora qayıtmaq fikrim yoxdur. Çünki Azərbaycanda klub tapmaq çox çətindir. Burda özümü yaxşı tərəfdən göstərib daha güclü klubların, yüksək liqa təmsilçilərinin diqqətini cəlb etməyə çalışacağam. Burda menecerlər gəlib oyunları izləyirlər. İki-üç oyun sabit çıxış edən kimi yaxınlaşıb maraqlanırlar. Komanda yoldaşlarımdan biri 1-ci liqaya keçdi. Bunu mən də edə bilərəm, özümdə potensial və inam hiss edirəm. 

- Azərbaycandan hansısa futbolçunu komandana təklif edə bilərsən?  
- Təəssüf ki, bu mümkün deyil. Çünki qaydaya görə Avropa birliyinə daxil olmayan ölkələrdən yalnız bir legionerə liqada oynamağa icazə verilir. Həmin limitə isə mən düşürəm. Məndən başqa komandada olan iki legioner isə Avropa birliyi ölkələrindəndir.   

Mirağa

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

23:11

"Arsenal" Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

22:41

Valdas Dambrauskas "KuPS"la matçdan sonra belə danışdı

22:18

"Qalatasaray" Kristian Pulisiç ilə maraqlanır

21:57

ÇL: "Sabah" Finlandiya çempionunu "əliboş" yola saldı

21:16

Arda Gülər "Real Madrid"də start heyət uğrunda böyük savaşa girir

20:46

"Əl-Hilal" Bastoni üçün 70 milyon təklif edir

Facebookdan bizi izləməyi unutmayın.
X