17:17 22.02.2022 873

Millimizin hücumçusu yeni klubda: "Keçidimdən məmnunam"

Azərbaycan futzal millisinin hücumçusu Rafael Vilela karyerasını Rusiyanın “Tümen” klubunda davam etdirəcək. Buna qədər İspaniyanın “Palma Futsal” klubunda çıxış edən Vilela artıq yeni komandası ilə müqavilə imzalayıb və debüt matçına çıxıb.

Fanat.Az xəbər verir ki, Vilela həm transferi, həm də yeni klubu ilə bağlı Azərbaycan Futzal Federasiyasının saytına müsahibə verib:

- Transferinlə bağlı hansı məqamları qeyd etmək istərdin?
- Əlbəttə, keçidimdən məmnunam. Rusiya çempionunun təklifi təkcə maddi şərtlərə görə cəlbedici olmadı. Peşəkar və iddialı bir klubla anlaşdım. Bu komanda da hər mövsüm çempion olmaq uğrunda mübarizə aparır, mütəmadi olaraq UEFA Çempionlar Liqasında iştirak edir. Bu məqamlar da təklifi müsbət dəyərləndirməyimdə həlledici oldu.

- “Tümen”dən nə vaxt təklif almışdın?
- Danışıqlar Avropa çempionatının final mərhələsindən əvvəl başlamışdı. Ancaq müqavilədəki müvafiq bəndə uyğun olaraq, vaxtından əvvəl klubdan gedəcəyim təqdirdə kompensasiya ödəməli idim. Buna görə danışıqlar bir müddət donduruldu. Ancaq Niderlandda təşkil olunan Avropa çempionatının final mərhələsindəki uğurlu çıxışım, vurduğum qollar məsələni yenidən aktuallaşdırdı. Yekun isə ortadadır. Lazım olan məbləğ ödənildi və “Tümen”ə keçdim.  

- İspaniya və Rusiya çempionatlarında tələblər fərqlidir. Tələblərə cavab vermək, uyğunlaşmaq baxımından hansısa çətinliklə qarşılaşa bilərsənmi?
- Bir müddətdir komandanın düşərgəsindəyəm. Gördüklərimə əsasən deyə bilərəm ki, adaptasiya uzun çəkməyəcək. Çempionatlara gəldikdə, bəli, fərq, tələblər çoxdur. İspaniyada əsasən taktiki və texniki məqamlar ön planda dayanır. Fərdi qabiliyyət çox vacibdir. Amma Rusiyada mübarizəyə diqqət yetirirlər. Eyni zamanda, fiziki hazırlığın da yüksək səviyyədə olmalıdır. Oyunların müddətində də fərq var. İspaniyada bir hissə 20, Rusiyada isə 25 dəqiqə davam edir.

- “Tümen” həm də apreldə UEFA Çempionlar Liqasının “dördlər final”ında iştirak edəcək.  Səhv etmirəmsə, ilk dəfə bu mərhələdə iştirak etmək şansın yaranıb.
- Buna görə şadam. İstənilən futzalçı belə bir yarışın iştirakçısı olmaq istəyir. Əlbəttə, ilk işim komandama kömək etmək olacaq. Arzulayıram ki, debüt ilimi Çempionlar Liqasının qalibi kimi başa vurum.

- Bunun üçün “Tümen”in şansı realdırmı?
- Bu mərhələdə iştirak ediriksə, deməli, komandam güclüdür. Şans iştirakçıların hər biri üçün var, qalır hazırlaşmaq. Hər bir oyunun öz təyinatı, tarixçəsi var. Komandam güclüdür və zamanı çatanda bu oyunlara da lazımi qədər hazırlaşacaq.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

30 Avqust 2026
19:47

Mehin Mirzəbalayeva "Euro Mini Champs" yarışında finala yüksəldi

19:12

"Liverpul" Sarr üçün yenidən hərəkətə keçir

19:11

MPL: "Kəpəz" hesabı açdı - YENİLƏNİR

18:53

Mahir fərqləndi, komandası darmadağına uğradı

18:09

Gəncə şəhər stadionu UEFA-nın 4-cü kateqoriyasına layiq görüldü

17:34

Qriliş köhnə komandasına geri dönə bilər

17:12

Xulian Alvares "Atletiko Madrid"in məşqlərinə qayıtdı

16:39

"Xankəndi" yarımmüdafiəçini heyətinə qatdı

16:21

Mourinyu "Qızıl top"un Mbappeyə verilməli olduğunu düşünür

15:51

Kanada millisinin hücumçusu İspaniya nəhənginə keçə bilər

15:13

Portuqaliyalı ulduz "Qalatasaray"da -RƏSMİ

14:47

"Fənərbağça"dan ayrılan Amrabatın yeni klubu müəyyənləşdi

14:12

"Çelsi" argentinalı qapıçını transfer etdi

13:54

"Mançester Siti" niderlandlı vingerə 100 milyon avro verir

13:36

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:01

"Neftçi SOCAR" yarımfinalda uduzdu

12:34

"Qarabağ"da yeni braziliyalı - RƏSMİ

12:09

Messi şou göstərib Jairi haqladı

11:50

"Qalatasaray"ın gənc qapıçısı debütünü və qələbəni belə dəyərləndirdi

11:09

Fidanla Vüsalənin yeni klubu müəyyənləşdi

10:42

Günün oyunları bu kanallarda - AFİŞA

10:18

MPL: "Kəpəz" "Turan Tovuz"u, "Zirə" "Neftçi"ni qəbul edir

09:37

Hələ "Krasnodar" kimisi olmamışdı - Musayevin komandası rekordu yenilədi

09:00

"Sabah"ın baş məşqçisi qarşıdakı matçda yalnız bu futbolçunu oynada bilməyəcək

01:59

Premyer Liqa: "Nyukasl" səfərdən 3 xalla dönür

01:58

La Liqa: "Real Betis" darmadağına uğradı

01:33

A Seriyası: "Yuventus" "Parma"nı məğlub etdi

01:22

Liqa 1: "Lion" "Havr"la bacarmadı

00:49

Bundesliqa: "Sabah"ın rəqibi inamlı qələbəyə sevindi

29 Avqust 2026
23:42

Zaur Həşimov "İmişli" ilə matçdan sonra nə danışdı?

23:27

Fərid Namazov "Şəfa" üzərində qələbəni belə şərh etdi

22:58

Kamilo Duran dayanmaq bilmir

22:31

Komandası səfərdə 3 xal qazandı, Toral isə...

22:07

MPL: Qəbələdə qol səsi çıxmadı, "İmişli"yə 1 qol bəs etdi

21:58

"İstədiyimiz oyuna daha yaxın futbol nümayiş etdirdik" - Kaxaber Tsxadadze

21:26

"Futbolçularımdan razıyam" - Azər Bağırov

20:44

Tanınmış jurnalist “Kəpəz”də mühüm vəzifəyə təyin olundu

20:24

"Real Madrid"dən 3 milyonluq həmlə

19:48

"Benfika" "Əl-İttihad"ın 16 milyonluq təklifini rədd etdi

19:18

Frank Kesye yenidən İtaliyada

Facebookdan bizi izləməyi unutmayın.
X