Növbəti mövsümdən futbol üzrə Azərbaycan I Divizionunda oynamağı qarşısına məqsəd qoyan "Araz-Naxçıvan" klubu yeni baş məşqçisinin adını açıqlayıb.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, naxçıvanlılar UEFA PRO kateqoriyalı məşqçi Azər Bağırovla anlaşıb. Yeni baş məşqçi artıq Naxçıvan gedib və komandaya təqdim olunub. Yaxın günlərdə onunla rəsmi olaraq müqavilə imzalanacaq.
Qeyd edək ki, Azər Bağırov son olaraq I Divizion təmsilçisi "Səbail-2" komandasının baş məşqçisi olub. Onun Bayıl təmsilçisindən ayrılaraq "Araz- Naxçıvan"a keçəcəyini ilk olaraq Fanat.Az saytı xəbər verib.