Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında final görüşünə çıxıb.
Fanat.Az xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımızın həlledici görüşdə rəqibi gürcüstanlı İrakli Dzimistraişvili olub.
Rəqibinə ilk hissədəcə tam üstünlüklə (10:0) qalib gələn Məmmədli yarışın qızıl medalına sahib çıxıb.
Beləliklə, Azərbaycanın yunan-Roma güləşçiləri qitə çempionatını 5 medalla başa vurub. Qeyd edək ki, daha əvvəl Xasay Həsənli (77 kq) Avropa çempionu olub, Ziya Babaşov (63 kq) gümüş, Laçın Vəliyev (87 kq) və Sərxan Məmmədov (130 kq) isə bürünc mükafat qazanıblar.