15:05 11.03.2022 2260

"Rus idmançı gəlsəydi belə, çempion olacağıma inanırdım" - Avropa çempionu

Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında 60 kiloqram çəki dərəcəsində Azərbaycana qızıl medal qazandıran yunan-Roma güləşçisi Nihat Məmmədlinin Fanat.Az-a müsahibəsi

- Nihat, səni yaxından tanıyaq.
- 2002-ci ildə Füzulidə anadan olmuşam. Güləşlə 10 yaşımdan məşğul oluram. Məndən əvvəl qardaşım güləşə gedirdi. Ona baxıb həvəsləndim. İlk böyük nəticəm 2017-ci ildə Yunanıstanın paytaxtı Afinada keçirilən dünya çempionatının gümüş medalı olub. 2019-cu ildə İtaliyada yeniyetmələrin Avropa, Bolqarıstanda dünya çempionu oldum.

- Son yarışda rəqiblərini bir baş üstünlüklə yenərək çempion oldun. Bu qədər asan qələbə qazanacağını gözləyirdin?
- Mən bir müddət zədədən əziyyət çəkdim. Yaxşı formada olduğum bir vaxtda qabırğam sındı. İki aya yaxın məşqdən uzaq qaldım. Sonra o 2 ayı bərpa etmək çox vaxtımı aldı. Yeni özümə gəlirdim ki, sağ dirsəyim çıxdı. Təxminən 40 gün də ona görə məşqdən uzaq qaldım. Zədələr səbəbindən 2021-ci ildəki U-23 Avropa və dünya çempionatlarını buraxmalı oldum. Ona görə özümə söz vermişdim ki, bu boşluqları doldurmalıyam. Plovdivə yalnız qələbə üçün getmişdim. Qızıl medal qazanacağıma çox nanırdım. Amma düzü, yolun bu qədər rahat olacağını gözləmirdim. 

- Güclü Rusiya məktəbinin nümayəndəsinin məlum səbəblərdən yarışa qatılmaması sənə necə təsir etdi?
- İşimi asanlaşdırdı. Çünki rusiyalı güləşçi 23 yaşlılarda son dünya və Avropa çempionu idi. Amma o, gəlsəydi belə, mən çempion olacağıma inanırdım.

- Bir çox mütəxəssislər gələcəyinə böyük ümid bəsləyir. Avropa çempionluğun inamın əbəs olmadığını göstərdi. Qarşıdakı hədəflərin nədir?
- Çalışacağam ki, ümidləri doğruldum. Məqsədlərim böyükdür.

- Son illərdə Azərbaycanın yunan-Roma güləşçiləri aşağı çəkilərdə yeniyetmə və gənclər arasında yarışlarda kifayət qədər böyük nəticələr əldə etsə də, böyüklərdə davamını istənilən səviyyədə gətirə bilməyiblər. Özündə bu sindromu qıracaq güc hiss edirsənmi?
- 2022 gənclərdə sonuncu ilim olacaq. Sonrakı hədəflər böyüklərdə yüksək nailiyyətlər qazanmaqdır. Əlbəttə, özümə inanıram.

- Qələbəni kimə həsr edirsən?
- Qızıl medalımı anama həsr edirəm. Mən mübarizəyə 8-i başladım. Həmin gün də Beynəlxalq Qadınlar Günü ilə yanaşı, anamın da doğum günü idi. Medalım ona həm də ad günü hədiyyəsi oldu.

Sahib Əsədbəyli

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

17 Sentyabr 2026
02:08

La Liqa: "Barselona" 9 qollu matçdan qalib ayrıldı

01:49

Avropada bunu yalnız Rafinya bacardı

01:17

AL: Ermənistan təmsilçisi doğma meydanda darmadağın edildi

16 Sentyabr 2026
23:58

Premyer Liqa tarixində onun kimisi olmamışdı

23:03

Elvin Camalov "Qəbələ"də - RƏSMİ

22:41

"Arsenal" Rodriqo transferi üçün hərəkətə keçdi

22:12

"Mançester Yunayted" Endriki icarəyə götürmək istəyir

21:53

Eden Azarın qırmızı vərəqə almasına səbəb olan topdaşıyan uşaq 300 milyonluq sərvət qazandı

21:14

"Barselona"nın yeni hücumçu siyahısında 3 böyük ad

20:48

BOK 2030-cu il Qış Olimpiya Oyunlarının keçiriləcəyi məkanları təsdiqləyib

20:09

"Murov Az Terminal" heyətini gücləndirdi

19:44

İdman gimnastikası üzrə Azərbaycan çempionatı keçiriləcək

19:11

"Sumqayıt" klubunda iclas keçirildi

18:30

I Liqa: "Karvan-Yevlax" darmadağına sevindi

18:03

Ölkə çempionunda iranlı müdafiəçi - RƏSMİ

17:41

"Neftçi" 1000-ci matçına çıxacaq

17:22

"Şəfa"nın hansı futbolçularının "Qarabağ"a qarşı oynamayacağı bilindi

17:03

"Araz-Naxçıvcan" "Neftçi"nin braziliyalısı ilə anlaşdı

16:45

Emin Zamanov "Xankəndi" ilə oyun barədə nə danışdı?

16:27

"Startdan razı deyiləm" - Yaşar Seyidov

16:08

"Yüksəlişə nail olacağımıza əminəm" - Ronaldo "Kəpəz"lə səfər matçından 3 xal gözləyir

15:50

Balde "Barselona"dan ayrılır

15:31

"Çelsi" Fabian Ruisi istəyir

15:13

Vernidub bu futbolçunu "Qəbələ"yə qarşı oynada bilməyəcək

14:54

Mourinyu: "Ardanın oyun keyfiyyəti inanılmazdır"

14:35

Azərbaycan millisi Moldovaya məğlub oldu

14:16

"Rəşad Sadıqovun "Zirə"si zirvəyə oynamağa potensialı olan komandadır" - Vaqif Sadıqov

13:57

"Qəbələ" yeni baş məşqçiyə "təmiz" təhvil verildi

13:38

İtaliya çempionu Yaxın Şərqə üz tutdu

13:19

Gənc futbolçu "Mançetser Yunayted"dən ayrılmaq istəyir

12:59

"Qəbələ" makedoniyalı baş məşqçi ilə anlaşdı - RƏSMİ

12:41

"Barselona"dan superulduz "ov"u: İkisini birdən gözaltı etdi

12:22

Rəhim Həsənov "Turan Tovuz"un narazı qaldığı hakim qərarlarını şərh etdi - VİDEO

12:03

"Kəpəz"in futbolçusu Moldova millisinə dəvət aldı

11:44

Yamal: "Əsas rəqibim Mbappedir"

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:06

1-ci Liqa: "Karvan-Yevlax" ilə "Zaqatala" liderlik matçına çıxır

10:47

Xames Rodriges karyerasını bitirdi

10:28

Messi vida matçına çıxacaq

10:07

Mehrac Baxşalı: "Bu oyunda da 3 xal qazanmaq istəyirik"

Facebookdan bizi izləməyi unutmayın.
X