Türkiyənin İzmir şəhərində təlim-məşq toplanışında olan basketbol üzrə kişilərdən ibarət Azərbaycan yığma komandası növbəti yoxlama oyununu keçirib.
Fanat.Az xəbər verir ki, milli bu dəfə Türkiyənin "Petkim Spor" komandasının gənclərdən ibarət heyəti ilə üz-üzə gəlib.
Qarşılaşma yığmamızın 84:61 hesablı qələbəsi ilə başa çatıb.
Matçda komandamızın ən məhsuldar oyunçusu Amil Həmzəyəv olub - 23 xal, 12 ribaund.