
"Səbail"in baş məşqisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
Fanat.Az xəbər verir ki, o, 0:1 hesabı ilə uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
"Son oyunda bir qədər həvəsdən düşsək də, bu matçda pis çıxış etmədik, futbolçularıma təşəkkür edirəm. Rəqibin gücü bəllidir. İstədiyimiz qələbəni əldə edə bilmirik. Zədəlilər, cəzalılar var. İlk hissədə ciddi qol epizodu olmadı. İkinci yarıda daha çox hücuma çıxmağa çalışdıq. Ədilxan Qarəhmədovun 100 faizlik qol imkanı matçın dönüş nöqtəsi oldu. Buraxılan qoldan sonra oyunu çevirməyə çalışsaq da, alınmadı. Qarşıda fasilə var. Bundan yararlanmağa çalışacağıq".