17:01 11.04.2022 750

Aftandil Hacıyev: "Hər an qorxu var ki..."

22-ci turun sürpriz nəticəsi Bayılda qeydə alındı. "Səbail" "Qəbələ"ni 3:0 hesabı ilə məğlub edərək darmadağına imza atdı. Bununla da, "dənizçilər" Premyer Liqada 13 oyunluq qalibiyyətsizlik seriyasına son qoydu. Maraqlıdır ki, ötən ilin oktyabrında məğlub yola salınan komanda da iddialı rəqib - "Qarabağ" idi (1:3).   

Bu nə ilə bağlıdır: "Səbail"in oyunçularının güclü rəqiblərə qarşı xüsusi motivasiyasından, yoxsa "ASCO Arena"nın süni örtüyünün bərbad durumundan? 

Bayıl təmsilçisinin baş məşqçisi Aftandil Hacıyev bu barədə fikirlərini Fanat.Az-a bölüşüb:

"Deməzdim ki, biz yalnız iddialılara qarşı xüsusi motivasiya ilə oynayırıq, o birilərə qarşı yox. Ola bilsin, futbolçular "Qarabağ"a, "Qəbələ"yə qarşı xüsusi həvəslə, ikiqat mübarizə əzmi ilə oynayır. Bu həmişə belə olub. Yəni tək "Səbail"in yox, digər komandaların futbolçuları da güclülərlə görüşdə özünü göstərməyə çalışır. Amma məşqçilər korpusu olaraq, biz heç vaxt komandaları güclü-zəifə bölmürük. Tapşırıq bütün rəqiblərlə oyunlar üçün eynidir. 

Süni örtüyün pis vəziyyətdə olmasına gəlincə, bundan ən çox özümüz əziyyət çəkirik. Mövsüm ərzində heyətin xeyli üzvü zədələnərək sıradan çıxıb. Yəni şərtlər hamı üçün eynidir. "Qəbələ" ilə oyundan danışırıqsa, dünən bizdə hər şey alındı. İstər topa sahib olmada, istər hücumların təşkilində, ümumiyyətlə, əksər komponentlərdə rəqibdən üstün olduq. İlk qolu bizim vurmağımızın da qələbədə rolu var. Əvvəlki matçlarda adətən ilk qolu buraxan tərəf olurduq, sonra uşaqlar köklənə bilmirdi. Bu dəfə biz fərqləndik, daha sonra düzgün oynayıb üstünlüyümüzü qoruduq və növbəti qolları vurduq".     

Hacıyev "Səbail"i gözləyən təhlükədən də danışıb: "Arxayınlaşmaq olmaz. İşimiz asan olmayacaq. Çünki heyətlə bağlı sıxıntılarımız davam edir. Mən hələ mövsümün əvvəlində ehtiyat qüvvənin yetərli olmayacağını deyəndə bu günü nəzərdə tuturdum. Ehtiyat oyunçular skamyası dar olanda, mövsümün gedişində zədə, cəza, xəstəlik kimi əlavə problemlər də bunun üzərinə gəlir. Belədə, çox ciddi problemlə üzləşirsən. Hazırda ilk baxışdan elə görünə bilər ki, mövsümün sonuncu dövrəsinə daha hazırlıqlı başlamışıq. Yəni Yurgen Qoxa istisna olmaqla, zədəlilərimiz sıraya dönür. Bununla belə, hər an qorxu var ki, kimsə sarı vərəqə alıb növbəti turu buraxacaq. Çünki bir neçə oyunçumuzun 3 sarı vərəqəsi var, cəza həddindədir".

Mirağa 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:23

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

23:11

"Arsenal" Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

22:41

Valdas Dambrauskas "KuPS"la matçdan sonra belə danışdı

22:18

"Qalatasaray" Kristian Pulisiç ilə maraqlanır

21:57

ÇL: "Sabah" Finlandiya çempionunu "əliboş" yola saldı

21:16

Arda Gülər "Real Madrid"də start heyət uğrunda böyük savaşa girir

20:46

"Əl-Hilal" Bastoni üçün 70 milyon təklif edir

20:17

Məhəmməd Salahın meneceri "Beşiktaş" üçün İstanbula gəlir

19:42

"Qalatasaray"dan Musiala həmləsi: İcarə təklif edilib

19:12

Rodri "Real Madrid"ə keçməyə hazırdır

18:46

"Qalatasaray" Bruno Fernandes üçün 35 milyonluq təklif hazırlayır

18:30

Fransa millisinin yeni baş məşqçisi müəyyənləşib

18:14

Messi finaldan sonra Yamala nə deyib? - "Bu sözlər boynuma taxdığım qızıl medal qədər dəyərlidir"

17:56

"Zirə" növbəti transerini açıqladı - RƏSMİ

17:38

“Liv Bona Dea Arena”da ot örtüyü yenilənir - FOTOLAR

17:20

"Zirə" Estoniyadakı oyuna itkisiz çıxacaq

17:02

Argentinalı qolkiper millidən ayrılacağına işarə etdi - "Bu ağrını izah etmək çətindir"

16:43

Kalunqa "Kəpəz"in düşərgəsində olsa da...

16:25

"İmişli"də yeni təyinat - RƏSMİ

16:07

Klublarımızın sifariş verdiyi stadionlar bilindi - Siyahı

15:48

"Qalatasaray"da yeni müqavilə - Razılığa gəlindi

Facebookdan bizi izləməyi unutmayın.
X